Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2021

Suriya xarici işlər naziri: ABŞ və Türkiyə işğalçılıqdan və terrorizmi dəstəkləmədən əl çəksin

Suriyanın rəsmi “SANA” xəbər agentliyinin verdiyi məlumata əsasən, bu ölkənin xarici işlər naziri Feysəl Miqdad BMT-nin Suriya işləri üzrə xüsusi nümayəndəsi Geir Pedersen ilə Dəməşqdə baş tutan görüşündə Suriyanın suverenliyinə hörmətlə yanaşılmasına təkid edib, bu ölkənin daxili işlərinə müdaxilə etməyin yolverilməz olduğunu vurğulayıb, Amerika və Türkiyənin Suriya ərazilərini işğal etmələrinə, bu ölkənin ərazi bütövlüyünü pozmalarına, habelə terrorizmi dəstəkləmələrinə son qoyulmasını tələb edib.

Xarici işlər naziri Türkiyənin qeyri-insani hərəkətə əl ataraq Həsəkə və onun ətraf bölgələrində 1 milyondan çox əhalinin suyunu kəsməsini pisləyib, bunun qarşısının alınması üçün BMT-nin ciddi addımlar atmasını, aydın mövqe sərgiləməsini istəyib.
883 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.08.21, 09:25
Hərbçimizin intihar edib
29.08.21, 08:56
Çin ABŞ-ı tənqid etdi
Go to TOP