Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2021

Bəhreynlilər sionist rejimi rəsmisinin bu ölkəyə səfərini qəbul etmədi - Foto

Bu gün (30 sentyabr) sionist rejiminin xarici işlər naziri Yair Lapid Bəhreynə səfər edib.
Bu səfər Bəhreynin İslam ümmətinə xəyanət edərək Təl-Əviv-Manama münasibətlərində normallaşmaya icazə verməsindən sonra sionist rejimi nazirinin bu ölkəyə ilk rəsmi səfəri sayılır.
Bəhreyn əhalisi dəfələrlə fərqli formalarda bu münasibətlərə etirazını bildirib.
“Ərəbi Post” Agentliyinin bildirdiyinə görə, sionist diplomatının Bəhreynə daxil olması ilə eyni vaxtda bu ölkədə yenidən etiraz aksiyası başlayıb.
Təl-Əviv-Manama əlaqələrinə etiraz edən kütlə hava limanından paytaxta gedən yolda avtomobil təkərləri yandıraraq yolu bağlamağa cəhd edib. Habelə uşaq qatili və işğalçı rejimə aid bayrağı yandırıb.
Bəhreyn xalq inqilabının mənəvi rəhbəri Şeyx İsa Qasim sionist rejimi xarici işlər nazirinin səfərinə münasibət bildirərək Tvitter səhifəsində yazıb:
“Sionist düşmənlə münasibətləri normallaşdırmaq kimi iyrənc xəyanət Bəhreyn hökumətinin öz xalqına qarşı açdığı siyasi savaşlarından biridir və bu savaş vəhşət, yoxsulluq, həbs, köçkünlük, təhqir, hüquqların pozulması ilə yanaşıdır. Allah bu xalqın köməyinə yetsin.”
2063 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP