Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2021

İranın göndərdiyi 4-cü humanitar yardım Əfqanıstana çatıb

İranın Əfqanıstana göndərdiyi dördüncü humanitar yardım bu gün Herata çatıb.
Əfqanıstanda baş verən son hadisələr və bu ölkə əhalisinin beynəlxalq ictimaiyyətin köməyinə vacib ehtiyac yaranmasının ardınca İran İslam Respublikası həmişəki kimi hamıdan öndə dayanmış, əməkdaşlığa və yaxşı qonşuluq prinsipinə əməl edərək, Əfqanıstana humanitar yardımlar göndərmişdir.
Humanitar yükləri İran sərhədindən yola salan Taybad şəhərinin polis rəisi Səyyah 7 yük maşınından ibarət 4-cü yardıma qida məhsulları, dərman, oksigen kapsulları və qış geyimlərinin aid olduğunu bildirib.
Polis rəisi İranın Əfqanıstanın inkişafı, təhlükəsizliyinin təmini və abadlaşmasını, habelə iki xalq arasında münasibətlərin genişlənməsini, yaxşı əlaqələrin güclənməsini istədiyini vurğulayıb, humanitar yardımların bundan sonra da davam edəcəyini qeyd edib.
Humanitar yardımları qarşılayan Talibanın Herat valisinin müavini Moləvi Şirəhməd Əmmar Mühacir İranın Əfqanıstana daimi yardımlarına görə təşəkkürünü bildirərək deyib: “İran çətin vəziyyətdə həmişə Əfqanıstan xalqının yanında olub və heç vaxt bu ölkənin daxili işlərinə müdaxilə etməyib.”
Vali müavini Talibanın da beynəlxalq qanunlara və qonşuluq prinsiplərinə sadiq qalacağını, xarici amillərin İran əleyhinə istifadə etməsinə icazə verməyəcəyini vurğulayıb.
1902 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP