Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2021

Yəmənli qüvvələr Məaribin darvazasında

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii Məarib əyalətində Fəcr əməliyyatının təfərrüatlarını açıqlayıb.
Y. Sərii vuğulayıb ki, Əl-Bəəsuş-şədid əməliyyatından sonra Silahlı Qüvvələr Məaarib əyalətini işğalçılardan təmizləmək üçün Fəcr əməliyyatına başladı. Yəmən döyüşçülərinin zərbələri altında düşmənin onlarla mövqeyi darmadağın edildi, düşmən qüvvələri qaçmağa başladı.
Mətbuat katibi mövqelərindən qaçan düşmənə güllə atılmadığını da vurğulayaraq deyib ki, qaçan muzdurlara xilas olmaq fürsəti verilir və bu proses davam edəcək.
Y. Sərii əlavə edib: “Bizim qüvvələrimiz Fəcr əməliyyatı zamanı 600 km məsafəni işğaldan azad etdilər və bu qələbə Məarib şəhərinin darvazalarına qədər həyata keçdi. Yəmənli qüvvələr bütün cəbhə istiqamətlərdən Məarib şəhərinin darvazalarına çatıb. Vətən üçün canından keçən qüvvələrimiz Yəmənin bütün ərazilərini düşmən işğalından azad etmək, bu ərazilərdə suverenliyi bərpa etmək üçün möhkəm iradəyə malikdirlər.”
O həmçinin qeyd edib ki, Fəcr əməliyyatında düşmənin 300-dən çox zirehli texnikası, 4 silah anbarı və 850 silahlı məhv edildi, ümumilikdə 5650 işğalçı öldü, yaralandı və əsir düşdü. Onlardan 1300 nəfəri öldü, 3320 nəfəri yaralandı, 30 nəfəri isə əsir götürüldü.
Y. Səri əməliyyat zamanı düşmənə aid Amerika istehsalı olan dronun və digər 11 ədəd kəşfiyyat PUA-sını da məhv edildiyini vurğulayıb.
1922 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP