Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2021

Ankaraya bu dəfə şapalaq ABŞ-dan gəlib

Liviya və Suriya kimi bir sıra ölkələrdə qardaş qırğınına səbəb olduğu üçün dünya ictimaiyyəti tərəfindən pislənən Ankaraya bu dəfə qədim müttəfiqi ABŞ-dan şapalaq dəyib.

“Əl-Məyadin” siyasi ekspert Həsəni Məhəllinin Türkiyə-ABŞ münasibətlərində yaranmış son gərginlik barədə təhlilini dərc edib.
Məqalədə deyilir ki, İdlibdəki vəziyyətin gələcəyi və Suriyanın şimalında Türkiyə hərbçilərinin hüzuru ilə bağlı Soçidə keçirilən Türkiyə-Rusiya danışıqlarından əliboş çıxan Rəcəb Tayyib Ərdoğan, bu dəfə Baydenin Nancy Pelosiyə Suriyada fövqəladə vəziyyətin uzadılması ilə bağlı göndərdiyi məktubdan çaş-baş qaldı.

Bayden Suriyanın şimalında Ankaranın hərbi əməliyyatlarına toxunaraq bildirib: “Bu hərəkətlər bizim İŞİD-lə mübarizəmizi səmərəsiz qoyur, suriyalı vətəndaşlar üçün təhlükəlidir. Habelə, Türkiyənin fəaliyyətləri bölgədə sülh və əmin-amanlığı pozur, bizim milli təhlükəsizliyimiz və xarici siyasətimiz üçün ciddi təhlükədir.”

Təhlilçi qeyd edib ki, Baydenin sözləri Ərdoğanın ABŞ-ı terrora və kürd birləşmələrinə dəstək verməkdə ittiham etməsinə cavab olduğu görünür. Ərdoğan-Bayden münasibətlərindəki bu keşməkeşlərin keçmişi vardır. Bayden Obamanın müavini olduğu dövrdə 2014-cü ildə Türkiyə, Ərəbistan və BƏƏ-ni Əl-Qaidə, Ən-Nüsrə və onlar kimi digər terror qruplarına müxtəlif növ dəstək verməkdə ittiham etmişdi. Həmin ittihamlar Ərdoğanla telefon danışığı zamanı Obama tərəfindən təkrar olundu və ABŞ prezidenti 2015-ci ildə Ərdoğandan tələb etdi ki, terrorçuların Türkiyədən Suriyaya keçməsinin qarşısını alsın. Ərdoğan və Bayden arasındakı soyuq münasibətlər və gərginlik ABŞ-ın 40 ədəd F-16 alması və 200-ə yaxın təyyarənin yenilənməsinə qarşı çıxması xəbərləri ilə artdı.

Bəziləri Ərdoğanın Rusiyadan S-400 raketləri almaq qərarını ABŞ və Türkiyə arasında gərginliyin əsas səbəbi kimi görsələr də, hamı bilir ki, Bayden Ərdoğanı diktator, Osmanlı İmperatorluğunu bərpa etməklə bağlı təhrikedici açıqlamalar verən və təhlükəsizliyi pozan bir şəxs kimi görür.

Bu yaxınlarda İtaliyada keçiriləcək G20 iclası çərçivəsində Baydenlə Ərdoğan arasında görüşün baş tuta biləcəyi bir vaxtda Ankara-Vaşinqton münasibətləri sürprizlərlə üzləşib. Xüsusilə də, artıq Ərdoğan Vaşinqtonun Türkiyə ilə düşmənçiliyinin ciddiliyini anlayıb. Çünki bu düşmənçiliyin təsiri Türkiyə bazarlarında özünü göstərməyə başlayıb, nəticədə Türkiyə lirəsi ciddi şəkildə dəyərdən düşüb, ölkə iqtisadiyyatı yeni böhran qarşısındadır və bu böhran Trampın Türkiyə iqtisadiyyatını məhv etməsi təhdidindən də ağır ola bilər. Tramp prezident olduğu dövrdə Ərdoğana çağırış edərək təhqiramiz şəkildə ona dedi: “Ağıllı ol, axmaq yox. Və Suriya Demokratik Qüvvələri başçıları ilə söhbət etmə.”
Bayden Ərdoğan hesablamaları barədə qətiyyətlidir və bu arada Putin Türkiyə ilə münasibətləri qorumaqda maraqlıdır. İndi Baydenin müraciət etdiyi və dolayısı ilə Ərdoğana qarşı mövqe tutmasını istədiyi Nensi Pelosinin mövqeyi vacibdir. Halbuki, ABŞ Konqresi bundan əvvəl Ərdoğanı onun şəxsi sərvətinin sirlərini açacağı ilə hədələmişdi. Hamı bilir ki, Vaşinqton Ərdoğanın şəxsi sirlərindən tam xəbərdardır. Rza Zərrab Ankara hökumətinin sirlərini ABŞ-a ötürmüş və sonra da bu ölkəyə qaçmışdır. Bunun qarşılığında Ərdoğanın tərəfdarları onu Gülənə, Amerikaya, İsrailə və Almaniyaya casusluqda günahlandırdılar.
Ankara bundan sonra çətin duruma düşəcək, çünki Bayden Pelosiyə göndərdiyi məktubunda tamamilə ciddidir. Həmin səbəbdən Pelosi Dəməşqə səfər etməli, Əsədlə görüşməli və 2007-ci il görüşünə təzədən baxmalır ki, bəlkə bu səfər Amerikanın Suriyaya qayıda bilməsi üçün bir müqəddimə ola. Xüsusilə də ABŞ bildirib ki, Suriyanın Ərəb Birliyinə qayıtmasını, hətta Avropa Birliyi ilə əməkdaşlıq etməsini dəstəkləyir. Bu mövzu gerçəkləşərsə, Ərdoğanın və onun Suriyada hüzurunun başa çatması dövrü başlanacaq. Beləliklə, onun digər etiqadi siyasətləri də məhv olacaq.

Ekspert sonda vurğulayıb ki, hal-hazırda Ərdoğan özünü çox çətin bir vəziyyətdə görür. Müxalifət partiyaları da bir-birləri ilə koalisiya qurmaqdadır. Bütün proqnozlara əsasən, onun ilk seçkilərdə məğlubiyyəti qətidir. Türkiyənin hazırkı siyasi və iqtisadi durumuna diqqət etməklə bu seçkilər elə də uzaqda deyil. Xüsusilə Ərdoğanın ərəb baharından sonrakı və Suriyada yürütdüyü xas siyasəti Türkiyənin pozulmuş iqtisadi və siyasi vəziyyətinin əsas səbəbidir.

Belə bir vəziyyətdə, Ankara qüvvələrinin Fəratın şərqindən çıxarılmasından əvvəl, Suriyanın Türkiyə-ABŞ arasında ciddi qarşıdurma meydanına çevrilməsi mümkündür. Əgər belə olarsa, kürdlər məsələsi əvvəlki vəziyyətinə qayıdacaq.
1897 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP