Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2021

Xətibzadə İlham Əliyevin dediklərini uydurma adlandırdı

Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında İran İslam Respublikası əleyhinə yeni təəccüblü iddialarını şiddətlə təkzib etdi və onu uydurma adlandırdı.

Səid Xətibzadə qeyd etdi: Belə ittihamların mediada gündəmə gətirilməsi, İran və Azərbaycanın iki qardaş xalqı arasındakı qardaşlıq əlaqəsinə zərbə vurmaq üçün, yalnız sionist rejim olan İsrailin mənafeyi uğrunda edilmişdir.

Xətibzadə İran İslam Respublikasının narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizədəki roluna diqqət çəkərək bildirdi: Ötən 40 il ərzində bu bədbəxtlik amili ilə mübarizədə minlərlə şəhid və yaralının verilməsi, İran İslam Respublikasının bu yolda inamlı və davamlı addımlarının yalnız bir hissəsidir ki, dəfələrlə əlaqədar beynəlxalq qurumlar tərəfindən təsdiqlənmişdir.

Xətibzadə iki xalqın arasındakı möhkəm qardaşlıq əlaqələrini təkidlə vurğulayaraq bildirdi: Təəssüflər olsun ki, müxtəlif əlaqələrdə Bakıdan xüsusi və müsbət mesajların gəlməsinə baxmayaraq, Bakının əsassız iddialarının mediada qəsdən yayımlanması da nəzərə çarpır. Əlbəttə, öz yerində lazımi cavab veriləcəkdir.
1841 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP