Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2021

Bin Salman 2015-in şiri, 2021-in siçanı

6 il bundan əvvəl, 2015-ci ilin martında Bin Salman hələ daha uşaq ikən BƏƏ və Küveytdən tutmuş Misir, Sudan və İordaniyaya qədər bir neçə ölkədən təşkil olunmuş hərbi koalisiyanın başında və Amerikanın tam dəstəyi ilə Yəmənə hücum etdi. O, xam xəyallarla elə düşünürdü ki, həmin vaxt Səna və onun ətrafındakı bölgələrə nəzarət edən husiləri bir həftə içində məğlub edəcək, öz sərhədlərində İranın digər bir Hizbullah yaratmasının qarşısını alacaq. Bin Salman o günlər hələ röyalarında seyr edirdi və Yəmənin bir həftəyə fəth etməli yer olmadığını, husilərin yadlara təslim olan cəmiyyət olmadığını bilmirdi. Qısa müddətdən sonra müqavimətin sümbəsinin daha möhkəm və güclü olduğunu anladı. Dəniz, quru və hava yollarını yəmənlilərin üzünə bağlanmasına baxmayaraq, iddia etdi ki, əgər İran Səna mücahidlərinin yanında olmasaydı, indi müharibəni bitirmişdim! Hər gün ayaqyalın mücahidlərdən sillə almasından, neft emalı zavodlarının alovlanmasından, olmayan təhlükəsizlik və etibarının fənaya getməsindən, eyni halda Amerika patriotlarının da əlindən heç bir şey gəlmədiyindən, hamısından pisi isə xırmanına düşmüş oddan başqa İranın əsərlərinin heç bir əsər-əlamət tapa bilməməyindən ağrıyırdı. Bədbəxtin qəzəblənməyə haqqı var idi. Ancaq “müharibəni İranın daxilinə çəkəcəyik” deməsində, keçmiş işlərindən daha artıq qələt etmişdi və gördük ki, hətta Həsən Ruhani xəstəliyinə düçar olmuş İran, o xroniki xəstəliklə bölgəni idarə etdi!

Sonralar Amerika hiss etdi ki, müqavimətin hüzuru və İranın günbəgün artan gücü ilə meydan onun üçün daralmaqdadır. Ərəbistan inəyini yetərincə sağmasına baxmayaraq, mənfur koalisiyaya dəstəyini azaltdı. Xüsusilə də Bayden hakimiyyətə gəldikdən sonra patriotlarını da Ərəbistanın həssas bölgələrindən çıxartdı. Kaşıkçının qəssabı indi hansı pis vəziyyətə düşdüyünü anlayır. Amerikanın İslam Respublikası ilə qarşıdurmadan çəkindiyi bir vaxt, Ərəbistan nə edə bilər?! Bir müddət ABŞ patriotlarını sionist rejiminin Dəmir günbəzləri ilə əvəzləməsi illüziyası ilə gündüzü gecəyə, gecəni gündüzə çatdırsalar da, bugün bu nəticəyə çatıblar ki, İranla yalnız hörmət və xahiş dili ilə danışa bilərlər. Başqa yol yoxdur. 2015-ci il martının şər sərxoşu, indi 2021-ci ilin sentyabr-oktyabr aylarında dəfələrlə İranın danışıqlar masasına oturur və post-Amerika dövrü üçün zəiflik mövqeyindən dostluq ardıncadır!

Bir neçə ay əvvəl, heç bir təhlilçinin Ərəbistanın İran qarşısında diz çökməyini düşünmədiyi bir vaxtda mən Ərəbistanın müzakirə masasına oturacağını yazdım. Bunu ona görə dedim ki, Amerikanın alçaq olduğunu görürdüm və bilirdim ki, Amerikanın qaçdığı bir vəziyyətdə Ərəbistan heç bir gücə arxalana bilməyəcək və regionun əsl gücünə yaxınlaşmaqdan başqa çarəsi olmayacaq.

İranın da iki istəyi vardır: Yəmənə qarşı müharibənin dayanması və İsrailin baykot edilməsi!
Qəbul etmək və etməmək öz işinizdir!

Əbdürrəhman Ənsari
1738 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
10.11.21, 09:50
İmamın mehribanlığı
09.11.21, 10:11
Sözdən sui-istifadə
08.11.21, 12:21
ABŞ-da bomba həyəcanı
Go to TOP