Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2021

Sionistlər Məscidül-Əqsaya hücum etdi-Toqquşma

Bu gün (şənbə) işğal edilmiş Fələstin ərazilərində məskunlaşmış ekstremist yəhudilər sionist rejiminin dəstəyi ilə Məscidül-Əqsaya hücum ediblər.

“Fələstin əl-Yəvm” Agentliyinin verdiyi xəbərə görə, sionist rejiminin qəsəbə sakinləri Fələstin müqəddəslərinə qarşı düşmənçilik hərəkətlərini davam etdirirlər. Ekstremist yəhudilər bu gün Məscidül-Əqsaya bir daha hücum edərək ona qarşı hörmətsizlik ediblər.

Bu xəbərə əsasən, radikal sionistlər Məscidül-Əqsanın həyətinə daxil olublar və İslam əleyhinə şüarlar səsləndiriblər. Bundan sonra onlarla fələstinlilər arasında şiddətli toqquşma yaranıb.
Bir müddət əvvəl HƏMAS-ın yüksək səviyyəli üzvü Muhəmməd Həmduh bildirmişdi ki, HƏMAS Məscidül-Əqsanı müdafiə etmək üçün səfərbərlik elan edib.

Muhəmməd vurğulayıb: “Qəsəbə sionistlərinin Məscidül-Əqsaya vəhşi hücumu tamamilə təşkilatlanmış və qabaqcadan müəyyən edilmiş proqram üzrə baş tutur. Sionist rejiminin polisi də onlara dəstək verir.”
Müqavimət hərəkatının üzvü qeyd edib ki, gələcək günlərdə bu rejimə aid münasibətlərdə qəsəbə ekstremist yəhudiləri Məscidül-Əqsaya hücum etsələr, Fələstin əhalisini qəzəb gününə çağıracayıq.
1630 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
10.11.21, 09:50
İmamın mehribanlığı
09.11.21, 10:11
Sözdən sui-istifadə
08.11.21, 12:21
ABŞ-da bomba həyəcanı
Go to TOP