Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2021

Suriya: Sionist rejimi ilə müharibə qaçılmazdır

Ərəb ölkələri ilə münasibətlərin genişlənməsi Dəməşqin sionist rejimi qarşısında mövqeinin dəyişməsinə səbəb olmayacaq.

Bu sözləri “Əl-Məyadin” telekanalına Suriya rəsmilərindən biri deyib.
Onun sözlərinə görə İordaniya və Suriya başçıları arasında bir il bundan öncə təmaslar başlayıb, Bəşar Əsəd və Abdullah arasındakı son vaxtlardakı təmas, ilk təmas deyil. Habelə, son bir ildə İordaniya kralı Suriyaya bir neçə dəfə nümayəndə göndərib.

Suriyalı rəsmi bunu da qeyd edib ki, bir il bundan əvvəl Suriya-İordaniya əlaqələrini demək üçün uyğun zaman deyildi, ancaq indi uyğun zamandır.
Rəsmi vurğulayıb: “Suriya ilə hər hansı münasibətlərin genişlənməsi bu ölkənin İsrail qarşısında mövqeinin dəyişməsinə səbəb ola bilməz. Dəməşq sionist rejimlə münasibət qurmayacaq. Suriya Təl-Əvivlə hər hansı münasibətlərin qurulmasını səhv addım sayır və bunu ərəb və fələstinlilərin maraqlarına zərbə kimi qiymətləndirir.”

O, açıqlamasının davamında deyib: “Bundan əvvəl ərəb ölkələri Suriya ilə münasibətləri bərpa etmək üçün İranla əlaqələrimizi problem bilirdilərsə, hal-hazırkı danışıqlarda artıq bunu dilə gətirmirlər.”
Əl-Məyadinin bildirdiyinə görə, suriyalı rəsmi sionist rejiminin Suriya ərazilərini işğalda saxlamasına da toxunaraq deyib: “Suriya İsrail rejimi ilə müharibədən geri çəkilməyəcək və Dəməşq maraqları və prinsipləri bir-birilə uyğun olmayan koalisiyalara daxil olmayacaq.”

Qeyd edək ki, xəbər mənbələri ötən ay İordaniya karlı ilə Suriya prezidenti arasında telefon söhbətinin baş tutduğunu bildirdilər. İki ölkə arasında münasibətlər 10 ildən sonra son vaxtlar yaxşılaşmağa doğru gedir. Habelə, İordaniya və Suriya rəsmiləri Ammanda baş tutan iki günlük iclasdan sonra İordan-Suriya uçuşlarının yenidən başlaması barədə razılığa gəliblər.
1546 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
10.11.21, 09:50
İmamın mehribanlığı
09.11.21, 10:11
Sözdən sui-istifadə
08.11.21, 12:21
ABŞ-da bomba həyəcanı
Go to TOP