Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2021

Bağdad kəşfiyyatında gecə namazı

Bağdad Kəşfiyyatında (Kəşfiyyat və Təhlükəsizlik İdarəsində) yetmişdən çox insanı dar bir otağa saldılar. Yer o qədər dar idi ki, hərəkət edə bilmirdik.

İnsanların çoxu yaralanmış və müalicə almadan ora yerləşdirilmişdilər. Namazda bir-birimizin kürəyinə vurub təyəmmüm edər, necə oturmuşduqsa, o səmtə namaz qılardıq. Sonra bizi Mosula apardılar.

Gecə namazı qılan qardaş bir gecə əvvəlki gecələrdən tez oyandı. Dəstəmaz alıb gecənin ilk iki rəkət nafilə namazını qıldı. Sonrakı iki rəkətdə iraqlı mühafizəçi pəncərənin arxasına gəlib ucadan dedi:

“نوم، نوم! کُلّهُم نائمون و اَنتَ تَقرَءُ صلوه؟ اَنتَ مجنون؟” 

(Yat, yat! Hamı yatıb, sənsə namaz qılırsan? Sən dəlisən?)

Allahın qulu namazını pozub uzanmağa getdi ki, başqaları iraqlı keşikçinin səs-küyündən amanda olsunlar. O qədər altdan-altdan baxdı ki, mühafizəçi getdi.
Yenidən ayağa qalxıb namaz qılmağa başladı. Allah bəndəsi gecə namazını bitirənə qədər, bir neçə dəfə yatdı və durdu. O iradələrin xatirəsi xoşdur.

“Azad olunmuşların namaz əhvəlatı”, s. 169, Naib Əli Fəttahinin xatirəsi.

1170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP