Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2021

Türkiyə Liviyaya daha 150 terrorçu göndərdi

Suriya müxalifətinə aid mərkəzi Londonda yerləşən insan haqları təşkilatı bu gün (cümə) bildirib ki, xarici qüvvələrin Liviyadan çıxarılmasına dair beynəlxalq çağırışlara baxmayaraq, bu ölkədə prezident seçkiləri yaxınlaşdığı bir vaxtda Türkiyə Liviyadakı ünsürlərini artırıb.
Müxalifətə aid təşkilat qeyd edib ki, hamısı Suriyanın şimal bölgələrindən olan 150 yaraqlı Liviyaya daxil olublar. Onlar Ceyşül-vətəni adlanan təşkilatın “Sultan Murad”, “Firqətu Həmzə” və digər qrupların üzvləridir. Yaraqlılar avtobuslara mindirilərək İdlibin Havar Kilis keçid məntəqəsi vasitəsilə Türkiyəyə aparılıb, oradan Liviyaya yola salınıb.
İnsan haqları təşkilatı əlavə edib: “Bu yaraqlıların maaşının azaldılmasına baxmayaraq, Suriyanın şimal bölgələrində işsizlik səbəbindən Liviyaya ezam üçün hələ də tələb var.”
Xəbərlərə görə, Liviyada Türkiyəyə bağlı suriyalı terrorçuların sayı təxminən 7 minə çatır. Bu terrorçuların hər biri orta hesabla 2500 türk lirəsi (300 dollar) maaş alır.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın noyabrın 14-də bildirib ki, ölkəsinin Liviyada hərbi mövcudluğu Liviya hökuməti ilə razılaşma əsasındadır. O, Liviyada yerləşdirilən xarici qüvvələrin “muzdlu” adlanmasına etiraz edib və Türkiyənin qüvvələrini Liviyadan çıxarmayacağını bildirib.
1000 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP