Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2021

Makron: Böyük Britaniya əsəblərimizlə oynayır

Böyük Britaniya əsəblərimizlə oynayır.

Bunu Fransa Prezidenti Emmanuel Makron Londonun bütün fransız balıqçılarına Britaniyanın ərazi sularında balıq tutmaq üçün lisenziya verməməsindən danışarkən deyib.

Breksit razılaşmasının həyata keçirilməsində problemlər yaşadıqlarını deyən Makron fransalı balıqçıların hamısına lisenziya verilməməsinin səbəblərini başa düşə bilmədiklərini vurğulayıb.

Makron bu məsələnin təkcə Fransaya deyil, Belçika, Niderland, Almaniya və Norveçə də aid olduğunu bildirib.
Mübarizəni davam etdirəcəklərini və balıqçılarını tək qoymayacaqlarını dilə gətirən Makron Avropa Birliyi Komissiyasının bu mövzuda hərəkətə keçməsini istədiklərini bildirib.

"Böyük Britaniya müqavilələr imzalayıb və onlara hörmət etməlidir. Bu gün Britaniya onlara hörmət etmir. Mən bunu (Britaniya Baş naziri) Boris Consona açıq şəkildə bildirdim", - Makron bildirib.
994 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP