Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2021

Türkiyə rejimindən qan donduran əməl: 228 uşağı öldürüblər

İzmir Vəkillər Kollegiyasının Uşaq Haqları Mərkəzi və Amidada İnsan Haqları Cəmiyyəti (İHD) Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə bəyanat yayaraq Türkiyə polisinin 228 uşağı qətlə yetirdiyini bildirib.

“ANF” xəbər agentliyində yayılmış bəyanata görə, 2011-2021-ci illər arasında uşaq hüquqları ilə bağlı məlumatlar göstərir ki, bu illər ərzində 78%-i oğlan, 22%-i qız olmaqla ən azı 228 uşaq öldürülüb. Bu arada onların 30-u 5 yaşa qədər, digərləri isə 6-15 yaş arası uşaq olub.

Bu məlumata görə, həlak olan 228 uşaq və yeniyetmədən 64-ü Türkiyə polisi tərəfindən güllələnib, 62-si isə bomba partlaması nəticəsində həlak olub.

İzmir Vəkillər Kollegiyasının Uşaq Hüquqları Mərkəzi də bəyanatında bildirib: “İndiyə qədər uşaqlara qarşı zorakılıq, cinsi və emosional istismar, fiziki və iqtisadi zorakılığa qarşı mübarizə aparmışıq, bundan sonra da sözügedən hərəkətlə bağlı və uşaq hüquqlarının həyata keçirilməsi istiqamətində mübarizəmizi davam etdirəcəyik və günahkarların məhkəmə qarşısına çıxarılmasını izləyəcəyik.
İndiyədək Türkiyə rejimi polisinin ölkənin müxtəlif bölgələrində, xüsusən də kürd bölgələrində uşaqları avtomobil altında əzməklə bağlı çoxsaylı xəbərlər yayılıb.
936 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP