Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2021

ABŞ parçalana bilər – Amerikalı şərhçi

Bu gün ABŞ-ın parçalanması perspektivi fantastik görünmür. Bunu dərhal gözləməməlisiniz, amma ssenari reallaşa bilər.

Bunu amerikalı şərhçi Mark Qastinqs “Blumberq”dəki məqaləsində yazıb.

Qasinqs Virciniya Universitetinin keçirdiyi sorğuya istinad edib. Sorğunun nəticəsinə görə, eks-prezident Donald Trampın seçicilərinin 52%-i respublikaçıları dəstəkləyən ştatların ölkədən ayrılmasının tərəfdarı olduğunu qeyd etmişdilər. Co Baydenin seçicilərinin 41%-i də eyni mövqedə olduqlarını bildirmişdilər. Respondentlərin fikrincə, ayrılan ştatlar öz dövlətlərini yarada bilərlər.

“Birləşmiş Ştatlar onsuz da həmişə siyasi baxışlara görə bölünüb. Müxtəlif bölgələrdə sakinlər fərqli həyat tərzi sürməyə üstünlük verirlər. ABŞ vətəndaşlarının tərk-silah edilməsi (açıq silah satışının qadağan edilməsi – red.) dinc siyasi mərkəzin dirçəlməsinə töhfə verə bilər, lakin amerikalılar bununla razılaşmayacaqlar”, - Qastinqs bildirib.

Onun sözlərinə görə, parçalanmaya həm də cəmiyyəti qütbləşdirən irqi problem kömək edir. Qastinqsin fikrincə, ABŞ-da yığılan qəzəb dalğası gözlənilməz nəticələrə gətirib çıxara bilər.

Qeyd edək ki, bir müddət əvvəl də amerikalı analitik Erik Best ABŞ-ın mümkün süqutu ilə bağlı fikirlər irəli sürmüşdü. Best müxtəlif irqlərin nümayəndələri arasında siyasi parçalanma və qarşıdurmaya da işarə etmişdi.
1085 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.12.21, 13:19
Vatsapda yeni funksiya
23.12.21, 10:00
Bakıya ilk qar yağdı
Go to TOP