Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2021

Çində sürücüsüz avtobuslar istifadəyə verildi

Çinin texnologiya nəhəngi “Baidu” şirkəti tərəfindən istehsal olunan və 4-cü səviyyəli avtonom texnologiya ilə təchiz edilmiş 3 sərnişin avtobusu ölkənin cənub-qərbində yerləşən Çonqinq şəhərində sınaq fəaliyyətinə başlayıb.

Saatda təxminən 40 kilometr sürətlə hərəkət edə bilən “Robobus” avtobuslarının uzunluğu 5,9 metrdir. Dayanacaqlarda özü dayanan avtobuslar mürəkkəb şəhər yolları şəraitində işləmək qabiliyyətinə malikdir.

Şirkətin Çonqinq şəhərində yerləşən avtonom idarəetmə bölməsi üzrə təhlükəsizlik şöbəsinin rəhbəri Zanq Şanqui hazırda Çonqinqlə yanaşı, Quançjou, Cançjou və digər şəhərlərdə də sürücüsüz avtobusların işlədiyini deyib.

“Çonqinq kommersiya əməliyyatları həyata keçirilən ilk şəhərlərdən biridir. Avtobuslardan istifadə etmək istəyənlər ödənişlərini smart kartlarından və ya “Baidu” tərəfindən hazırlanmış gediş kartlarlardan istifadə edərək ictimai nəqliyyat vasitələrinə minə bilərlər”, - şirkət rəsmisi qeyd edib.
1515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP