Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2021

Putin və Bayden videokonfrans formatında görüşdülər

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə dekabrın 7-də videokonfrans formatında keçirdiyi görüşdən danışıb.

Putin görüşün məzmunlu və konsturktiv keçdiyini bildirib.

"Biz uzun müddət bütün mövzularda ətraflı - iki saatdan çox danışdıq. Bir daha qeyd etmək istəyirəm ki, söhbət açıq və məzmunlu, deyərdim ki, konstruktiv oldu. Hər halda, ümid edirəm ki, bu belədir. Amerika tərəfi görüşümüzün nəticələrini qiymətləndirir”, - Putin söyləyib.

Putin qeyd edib ki, iki ölkənin dialoqu davam etdirmək imkanı var.

Putin, həmçinin bildirib ki, Rusiya və ABŞ təhlükəsizlik məsələlərini həll etmək üçün birgə struktur yaradacaq:

"Bu, ayrıca söhbətin mövzusudur. Prezidentlə razılaşdıq ki, biz bu müzakirəni davam etdirəcəyik və bunu əsaslı şəkildə edəcəyik. Yaxın vaxtlarda bu məsələ ilə bağlı fikir mübadiləsi aparacağıq. Rusiya bir həftə ərzində öz mülahizələrini hazırlayıb, Amerika tərəfinə təqdim edəcək".
1463 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP