Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2021

Bakıda güllələnərək öldürülən şəxs kriminal aləm üzvü olub

Ötən gecə Bakının Binə qəsəbəsində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Hadisə qətlə yetirilən 1978-ci il təvəllüdlü Mirzəyev Allahverdi Ağaşirin oğlunun öz evinə gəldiyi zaman baş verib.

Belə ki, A.Mirzəyevə 10 RL 313 dövlət nömrə nişanlı “Gelandewagen” markalı avtomobilindən düşüb evinin həyətinə daxil olan zaman arxadan baş nahiyəsindən atəş açılıb. O, hadisə yerində keçinib. Qətlin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Məlumata görə, A.Mirzəyevin özü də bir neçə il öncə qətl hadisəsi törədib. O, bu səbəbdən uzun müddət həbsdə yatıb. Maraqlıdır ki, illər öncə törədilən bu qətl hadisəsinin də Allahverdi Mirzəyevə məxsus evin həyətində baş verdiyi bildirilir.

Qeyd edək ki, Allahverdi Mirzəyevin ölümü ilə bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb.
1553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP