Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2021

Rusiya Raket Akademiyasının vitse-prezidenti: İran İsraili yaşayış üçün yararsız hala sala bilər

Rusiya Raket Elmləri Akademiyasının direktor müavini Konstantin Sivkov “Russia əl-Yəvm” telekanalına bu yaxınlarda verdiyi müsahibədə İranın raket qabiliyyətindən danışıb.

Sivkov İran və sionist rejim arasında müharibə ehtimalı ilə bağlı suala cavab olaraq bildirib ki, Təl-Əvivin İran əleyhinə müharibəyə başlaya bilməsi ehtimalı çox azdır. O, İsrailin 200-400 nüvə başlığına malik olduğunu vurğulayaraq deyib: “İranın orta mənzilli raketləri və atəş nöqtəsində yüksək dəqiqliyə malik silahları vardır. Bu, ABŞ bazalarına atılan raketlər zamanı özünü göstərdi. İsrail bu raketlərin qarşısında dayanmağa qadir deyil. Bugün İsrailin həmin raketlərə qarşı dura biləcək hava hücumundan müdafiə sistemləri və ya raketdən müdafiə qurğuları yoxdur. Ona görə də, İranın İsrailin bu nüvə sistemlərinə və reaktorlarına raket hücumu kiçik ərazisi olan İsraili yaşayış üçün yararsız bir məkana çevirə bilər.”
“İran haqqında danışmaq istəsək, İranın qalaya bənzər dağlarında unikal obyektləri mövcuddur ki, hətta nüvə bombaları ilə belə onlara nüfuz etmək mümkün deyil”, - Sivkov əlavə edib.

Raket Akademiyasının vitse-prezidenti qeyd edib ki, sionist rejimi İrana qarşı nüvə silahından da istifadə edə bilməz. Çünki həm ərazisi kiçikdir, həm də Rusiya və Çinin reaksiyası ilə qarşılaşacaq.
İranın obyektlərinin çox möhkəm qorunduğunu, sionist rejiminin hətta Amerikanın iştirakı ilə də heç bir müsbət nəticə əldə edə bilməsinin qeyri-mümkünlüyünü vurğulayan Sivkov deyib: “İran hərbi sahədə ən qabaqcıl və aparıcı dövlətlərdən biridir və raket sistemləri istehsal edən ilk dörd ölkədən biridir ki, bunlar Rusiya, ABŞ, Çin və İrandır.”
1814 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP