Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2021

Türkiyədə Ərdoğanın səhv siyasətlərinə qarşı kütləvi xalq aksiyaları səngimək bilmir – Video və foto

Xəbər mənbələri İstanbulda minlərlə insanın çətin həyat şəraiti, yoxsulluq və ölkədə hakim partiyanın səhv iqtisadi siyasətinə etiraz etmək üçün nümayiş keçirdiklərini bildirib.
“Sputnik”-in Telagram kanalı etiraz aksiyasından görüntülər paylaşaraq yazıb ki, şiddətli təhlükəsizlik tədbirlərinə baxmayaraq, İstanbulda minlərlə insan yüksək qiymətlərə, yoxsulluğa və aşağı maaşlara qarşı mitinq keçirərək hökumətin istefasını, insanların güzəranının təmin edilməsini, gəlir və vergilərdə ədalətin təmin olunmasını tələb edib.
Nümayişçilər şüarlar səsləndirərək, ölkədə yoxsulluğu və işsizliyi dərinləşdirməkdə hakim AKP-ni və onun başında Rəcəb Təyyib Ərdoğanı günahlandırıb, hökumətin istefaya getməsinin vacibliyini vurğulayıblar.
Artıq bir neçə həftədir ki, Türkiyədə milli valyutanın (lirə) dollar qarşısında görünməmiş ucuzlaşmasının ardınca Türkiyənin müxtəlif şəhərlərində qiymət artımı, inflyasiya və lirənin ucuzlaşmasına qarşı çoxsaylı etiraz aksiyaları keçirilir.
Ərdoğan hökuməti isə tədbir görməkdə aciz qalıb və boş vədlərlə əhalini sakitləşdirməyə çalışsa da, ölkədə acınacaqlı durumun getdikcə dərinləşməsi, xalqı daha da qəzəbləndirir.




تظاهرات در استانبول در اعتراض به سیاست‌های اقتصادی اردوغان+عکس و فیلم

1438 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP