Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2021

Tramp sionist Netanyahu haqda sirləri açır

İşğalçı İsrailin keçmiş qondarma baş naziri sionist Benyamin Netanyahu heç vaxt fələstinlilərlə sülh olmasını istəməyib.

Bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp “Axios” nəşrinə açıqlamasında deyib.

O bildirib ki, məhz Netanyahunun mövqeyi səbəbindən Yaxın Şərq Sülh Planı qeyri-effektiv olub:

“Prezidentliyə başladıqdan qısa zaman sonra sülhün qarşısındakı maneənin Netanyahu olduğunu anladım. Fələstin rəhbəri Mahmud Abbas isə sülh sazişi olmasını istəyirdi. Olduqca mədəni biri idi. Mənim bütün həyatım müqavilələrlə keçdi. Netanyahu ilə telefonda danışıqdıqan sonra sözünü kəsdim və “Bibi (Netanyahu), sən razılaşmaq istəyirsən, ya yox? O da “nala-mıxa vurdu”. O, heç vaxt razılaşma istəmirdi”.
1536 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP