Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2021

Cənab Gərgicin şübhələrinə cavab

Cümə namazında çıxış edən cənab Gərgic belə deyib:

“Zeynəlabidinin anası Yəzdgerdin qızı idi. Həzrət Ömər (rə) İranı fəth etdikdən sonra, onu Həzrət Hüseynin (rə) nikahına saldı və ondan sonrakı 9 imam bu nəsildən dünyaya gəldilər. Deməli, əgər Həzrət Ömərin (rə) xilafətini qəbul etməsək, imamların etibarı və nəsəblərini sual altına almış oluruq.”

Bu sözlərin çoxlu iradları vardır:
1. İmam Zeynəlabidinin (ə) anasının iranlı və fars əsilli olması məsələsi, tarixdə məşhur məsələdir. Amma, nə vaxt ərəb məmləkətinə gətirilməsi ixtilaflıdır. Bəzi rəvayətlərə əsasən, Ömər ibn Xəttab deyil, bəlkə Osman ibn Əffan dövründə baş vermişdir. (Şeyx Səduq, “Uyun əxbar ər-Riza (ələyhis-səlam)”, c.2, s. 135)
Bəzi başqa rəvayətlərə əsasən, bu məsələ möminlərin əmiri Əli ibn Əbutalibin (ə) dövründə baş vermişdir, ondan öncəki xəlifələrin vaxtında deyil. (Fəttal Nişaburi, “Rəvzətul-vaizin”, s. 201 və Qazi Noman Məğribi, “Şərh əl-əxbar”, c. 3, s. 267 və Şeyx Mufid, “əl-İrşad”, c. 2, s. 137) Buna əsasən, bu məsələnin Ömər ibn Xəttaba nisbət verilməsinin özü şübhəlidir!

2. Bir çox ifadələrdə belə deyilib ki, bu xanımlar iki bacı idilər və onların biri İmam Hüseynlə (ə) evləndi və digəri Məhəmməd ibn Əbubəkrlə! Nəhavənd müharibəsi hicrətin 21-ci ilində baş verdiyi üçün, o il Məhəmməd ibn Əbubəkrin 11 yaşı olmuşdur. Belə bir evliliyin Ömər ibn Xəttabın zamanında baş verməsi ağıla sığmır! Bu da, bu evliliyin ikinci xəlifənin dövründən sonra baş verdiyi barədə ifadələrin saxta olduğunu təsdiqləyir! (Zəməxşəri, “Rəbi əl-əbrar”, c. 1, s. 281 və İbn Həcər Əsqəlani, “Təhzib ət-təhzib”, c. 3, s. 378)

3. Bu evliliyin Ömər ibn Xəttab dövründə baş verdiyini bəyan edən sənədlərə əsasən, Ömər ibn Xəttab onları satmaq istəyirdi ki, bu məsələ də Əmirəl-möminin Əlinin (ə) narazılığına səbəb oldu. İmam buyurdu ki; Allah Rəsulunun (s) göstərişinə əsasən, bu şəxslər kərimlərdən sayılırlar və onlarla kərəmlə rəftar edilməlidir! Onları satmaq haqqınız yoxdur! Əksinə, onlar özləri istədikləri şəxslərlə evlənməlidirlər. (Zəməxşəri, “Rəbi əl-əbrar”, c. 1, s. 281 və İbn Fəndəmə, “Lubab əl-ənsab vəl-əlqab vəl-ə`qab”, c. 1, s. 21)

4. Şəriət hökmünə əsasən, evlilikdə qadın əqd siğəsini oxumağa başlayır və kişi onu tamamlayır. Bu gün vəkili müvəkkil etmək qaydası, keçmişdə rəvacda olmayıb. Rəvayətlərə əsasən, Həzrət Şəhrbanu (s.ə.) özü ilk cümlələri söylədi və tərcüməçi də Cənab Səlman (r.ə.) idi! (“Lubab əl-ənsab vəl-əlqab vəl-ə`qab”, c. 1, s. 21)

5. Bir çox şiə və əhli-sünnə alimlərinin nəzərinə əsasən, kafiri bir müsəlmanın vəkili etmək olar ki, onun tərəfindən nikah əqdi oxusun və ya başqa işləri görsün! Deməli, Cənab Gərgicin ikinci xəlifənin Həzrət Şəhrbanunu İmam Hüseynin (ə) əqdinə saldığı üçün onun xilafətinin şəri olması barədə dəlili, nəinki xəlifəliyə dəlil sayılmır, hətta bu əməl vəkil şəxsin müsəlman olmasının belə lüzumuna dəlil sayılmır! (Zəkəriyya əl-Ənsari, “Əsna əl-mətalib fi şərh rəvz ət-talib”, c. 2, s. 265 və Səyyid Yəzdi, “əl-Urvə əl-vusqa”, c. 6, s. 206)

6. Əgər məqsəd budur ki, bu əziz xanım ikinci xəlifənin dövründə əsir edildiyi üçün və Ömər ibn Xəttab onu İmam Hüseynin (ə) mülkiyyətinə verib, bu məsələnin, əvvəla; əqd barədə deyilənlərlə ziddiyyəti var, yəni, ümumiyyətlə mülkiyyətə keçirilmədi, əksinə, evlilik oldu; və ikincisi; hətta, əgər mülkiyyətləndirmə də olsa, bu mülkiyyətləndirmə xəlifələrin müharibələrinin şəri baxımdan düz olmasına dəlil sayılmır; çünki:
a. Şiə fiqhi və məsumlardan (ə) olan sənədi səhih rəvayətlərə əsasən, əgər kimsə qeyri-şəri müharibəyə getsə və o müharibədə qənimət əldə etsə, bütün qənimətlər imamın özünə məxsusdur və o, qənimət barədə istədiyi formada təsərrüf edə bilər! İndi, əgər İran müharibəsi məsumların (ə) nəzərində qeyri-şəri sayılsa, o zaman bütün qənimətlər imamın şəxsi mülkü olacaqdır. Əgər kimsə onun izni olmadan o mallarda təsərrüf etsə, haram əməl etmiş olar. Nəinki o malları imama verməklə, öz müharibəsinin şəri olduğunu sabit etsin! (Şeyx Kuləyni, “əl-Kafi”, c. 5, s. 43, nömrə 1.)
b. Şiənin nəzərinə əsasən, imam yer üzündə olan bütün şeylərin əsil malikidir (malik bil-isalə). Başqalarının malikiyyəti fəri və imamın izni ilədir; yəni, İlahi imam məsləhət bildiyi hər şeydə istədiyi formada təsərrüf haqqına malikdir, çünki onun Allahdan başqa iradəsi yoxdur! Bu səbəbə görə, deyilən fərzə əsasən, əgər xəlifələrin müharibələri qeyri-şəri olsa və o müharibələrdə qənimət götürülsə, imam əsil malik olaraq, özü istədiyi hər bir formada, o mallarda təsərrüf edə bilər. (Şeyx Kuləyni, “əl-Kafi”, c. 1, s. 408.)
c. Hətta qeyri-imama da aid olan şəri məsələlərdən biri də zalımların və qeyri-şəri hakimlərin hədiyyələri məsələsidir. Belə ki, o hakim mömin bir şəxsə bir hədiyyə versə, bəzi hallarda o hədiyyədə təsərrüf etmək icazəlidir. Bunlardan biri də təqiyyə halıdır.

7. Həzrət Zeyd ibn Əlinin (ə) anası Cənab Muxtarın İmam Səccada (ə) hədiyyə etdiyi bir kəniz idi. (Əbul-fərəc İsfahani, “Məqatil ət-talibin”, s. 127) Lakin əhli sünnə bu məsələni Muxtarın xilafətinin şəri olması dəlili saymırlar! Onda necə olur ki, Ömər ibn Xəttabdan kəniz qəbul etməyi onun xilafətinin qəbul edilməsi dəlili sayırlar?!

8. Fərz edək ki, bir şəxsin nəsəbində şübhə yaransa, bu şübhə onun bütün övladları və nəvələrinə də tətbiq olunmalıdır? Bu məsələ də, nə şiələr və nə də əhli sünnənin şəri ölçülərilə uyğun gəlmir!
Buna əsasən, onun sözləri nəinki elmi deyil, hətta şiə və əhli sünnənin təməl təfəkküründən xaricdir və yalnız şübhə yaratmaq üçündür!


1606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP