Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2021

Həzrət Fatimənin (ə) faciələri törədənləri ifşa etməsi

Rəsulullahın (s) vəfatından sonrakı hüznlü günlərin birində Təlhənin qızı həzrət Fatimənin (ə) ziyarətinə getdi. Onun yanıqlı ağlamasını görən Təlhənin qızı narahat oldu və təəccüblə soruşdu:
- Fatiməcan! Belə ağlamağına səbəb nədir?
Həzrət Fatimə (ə) buyurdu:

«تَسألِیبنی عَن هَنَةٍ حَلَّقَ بِها الطّائِرُ وَ حَفِیَ بِها السّائِرُ، رُفِعَت اِلی السَّماءِ اِثراً وَ رُزِئَت فی الأرضِ خَیراً، اِنَّ قُحَیفَ تَیمٍ وَ أُحَیوَلَ عَدیٍّ، جارَیا أَبا الحَسَنِ فی السِّباقِ حَتّی اِذا تَفَرَّیا بِالجِناقِ، أسَرّا لَهُ الشَّنآنُ وَ طَوَیاهُ الاِعلانَ فَلَمّا خَبأَ نُورُ الدّینِ وَ قُبِضَ النَّبِیُّ الأمینُ نَطَقَا بِفَورِهِما وَ نَفَثا بِسورِهِما أدالا فَدَکَ، فَیَالَها کَم مِن مَلَکَ مَلَک اِنَّها عَطِیَّةُ رَبِّ الأعلی لِلنَّجِیَّ الأوفی وَ لَقَد نَحلَنیها لِلصِّبیَةِ السَّواعِبِ عَن نَجله وَ نَسلی وَ اِنَّها لَبِعلمِ اللهِ وَ شَهادَةَ أمینهِ، فَاِنِ انتَزَعا مِنّی البُلَغَةَ وَ مَنَعانی اللُّمَظَةَ فَأحتَسِبُها یَومَ الحَشرَ زُلفَةً وَ لَیجِدَنَّها آکِلوها ساغِرَةَ حَمیمٍ فی لَظی جَحیم.»


- Ey Təlhənin qızı! Hər yerdə danışılan müsibət və acı hadisələr barədə soruşursan? Sanki, quşların qanadlarına yazılıb və hər yerə yayılıb. Sanki çaparlar sürətlə onu dünyaya çatdırıblar. O hadisələrin toz-torpağı səmaya qədər ucaldı, onun müsibətinin qaranlığı yeri bürüdü. Bilirsən bu müsibətlər necə yarandı?
Ərəbin ən şərəfsiz və alçaq qəbiləsi olan Teym qəbiləsi və ərəbin ən hiyləgər qəbiləsi olan Ədiyy qəbiləsi Əbül-Həsənə qarşı zülmü rəva gördü, ondan irəli keçmək üçün yarışa girdilər. Uğur qazana bilmədikdə, ürəkləri Əliyə (ə) qarşı kin-küdurətlə doldu, lakin bunu gizlətdilər.
Elə ki, dinin nuru söndü və Allahın Rəsulu (s) dünyadan köçdü, öz kinlərini üzə çıxartdılar, arzularının ardınca düşdülər, zülm etdilər və Fədəki qəsb etdilər. Heyrətlə Fədəkə baxın! Şahların çoxu Fədəkə sahib oldu, ancaq indi onlardan əsər-əlamət yoxdur.
Fədək, Allahın Öz Peyğəmbərinə bağışladığı hədiyyə idi və Peyğəmbər onu mənə verdi ki, övladlarımın dolanışığını təmin edim. Fədəkin mənə və övladlarıma verilməsi Uca Allahın hökmü və elmi, Cəbrail-əminin şahidliyi ilə baş tutdu.
Onu zülm ilə qəsb edirlərsə, övladlarımın dolanışıq vasitəsini kəsirlərsə, Qiyamət gününü yada salıb səbr edərəm. Tezliklə, Fədək malını yeyənlər cəhənnəmdə ilahi əzabı görəcəklər və onda qərq olacaqlar.

«ما صَنَعَ أَبُوالحَسن الّا ما کانَ یَنبَغی لَهُ وَ لَقَد صَنَعُوا ما اللهُ حَسِیبَهُم وَ طالِبَهُم»

Əbül-Həsən yalnız yerinə yetirilməli işlərlə məşğul oldu. Lakin ümmət əhd-peymanı sındırdı, rəva olmayan işlər etdilər. Allah onların etdikləri işləri mühasibə edəcək və onlardan etdikləri işlər barədə soruşacaq.
1829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP