Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2021

Quran haqqında bir neçə fiqhi məsələ

Cavablar Ayətullah əl-üzma Safinin fətvası əsasındadır.

Sual: Əgər səhvən Quran insanın əlindən düşsə, hökm nədir və kəffarəsi varmı?

Cavab: Kəffarəsi yoxdur. Dərhal Quranı götürün və hörmət edin.

Sual: Əgər yanımızda Quran varsa, onunla ayaqyoluna getməyin hökmü nədir?

Cavab: Qurana hörmətsizlik sayılmasa, məsələn Quran libasın cibində olarsa və düşmək ehtimalı yoxdursa, eybi yoxdur.

Sual: Qadınların aybaşı olduqları günlərdə Quran oxumalarının hökmü nədir?

Cavab: Vacib səcdələri olan ayələri oxumaq olmaz. Digər ayələri oxumaq olar, lakin savabı azdır.

Sual: Quran ayələri və hədislər yazılmış qəzetlərin üstündə oturmaq və ayaq altına atmağın hökmü nədir?

Cavab: Əgər Quran ayəsi və müqəddəs adlar yazıldığını bilsəniz, onu ayaq altına atmaq və üstündə oturmaq haramdır.

Sual: Çox köhnəlmiş və istifadəyə yararsız bir Quranı basdıra və ya yandıra bilərikmi?
Cavab: Quranı yandırmaq haramdır, ancaq onu hörmətsizliyə məruz qalmayan pak yerdə basdıra bilərsiniz.

Sual: Vaxtı az olan tələbələrə gündə nə qədər Quran oxumağı tövsiyə edirsiniz?

Cavab: Əziz tələbələr hər gün bir neçə Quran ayəsini oxumaqla və onun mənalarına diqqət yetirməklə, Quranla ünsiyyətlərini gücləndirə bilərlər.
Quran təlimləri haqqında daha çox məlumat əldə etmək üçün davamlı olaraq hər gün ən azı bir səhifə öz dillərində təfsir mütaliə etmək yaxşı olar.
Müstəhəbdir ki, hər gün ən azı əlli ayə tilavət etsinlər.
1894 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP