Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2021

Heyva tumunun saysız-hesabsız faydaları

Heyvanın meyvəsi, qabığı, tumu, hətta yarpağı və çiçəyi ayrı-ayrılıqda min bir dərdə şəfadır.

Göy, quru öskürək, mədə-bağırsaq iltihabı, ürək-damar fəaliyyətinin artırılmasında, böyrək və sidik-cinsiyyət orqanları iltihabının müalicəsində heyvanın böyük əhəmiyyəti var. Heyva toxumunun dəmləməsi mədə-bağırsaqda olan səpgilərin, tənəffüs orqanlarının, böyrək ağrılarının müalicəsinə çox faydalıdır. Uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. Hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir. Dəriyə və dırnaqlara parlaqlıq qazandırır.

Qədim dövrlərdə romalılar ətirləri də heyva tumu ilə zənginləşdirərdilər. İndi isə ən bahalı kremlərin xam maddəsini heyva tumu və digər inqrediyentlər təşkil edir. Ona görə də heyva tumu gözəllik sektorunda daha çox gənclik iksiri kimi tanınır.

Heyva tumundan dəriyə təbii botoks effekti verən maska hazırlamaq üçün 7-8 ədəd tumu çıxarıb 1 stəkan ilıq suda, ağzı açıq şəkildə 1 gün saxlayın. Alınan jeleni 20 dəqiqə dərinizdə saxlayın. Üzünüzü ilıq suyla yuyun. Bu maska dərini yumşaldır və onun elastikliyini bərpa edir, qırışları azaldır. Yaxşı nəticə üçün maskanın 20 gün müddətində müntəzəm istifadəsi şərtdir.
1507 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP