Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2021

İran İslam Respublikasının XİN başçısının Azərbaycana səfər proqramı açıqlanıb

Bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana gəlir.

Səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçirilir.

İranın XİN başçısının Bakıda keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələrin inkişafı və regional əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

H.Ə.Abdullahian İranın IRIB telekanalına müsahibəsində deyib ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və başqa rəsmi şəxslərlə görüşəcək: “Tehran-Bakı əlaqələri son aylarda iki ölkə münasibətlərində yaranan bəzi anlaşılmazlıqlara baxmayaraq, yaxşı, sabit və inkişafa meyllidir.

Ötən iki ayda Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmilərinin Tehrana gediş-gəlişlərinin şahidi olduq. Bu ay iki ölkənin prezidentləri İbrahim Rəisi  və İlham Əliyev  İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Aşqabatda keçirilən sammiti çərçivəsində görüşüblər. Görüş müsbət və konstruktiv oldu”.

Səfər çərçivəsində C.Bayramovla H.Ə.Abdullahian birgə mətbuat konfransı keçirəcəklər.
1928 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP