Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2021

Avropa Parlamentinin təmsilçisi: İŞİD-i məğlub etmək üçün heç kim general Süleymani qədər səy göstərməyib

Avropa Parlamentinin təmsilçisi İslamın böyük sərkərdəsi general Qasim Süleymaninin İŞİD-ə qarşı mübarizəsini diqqətə çəkib.

Avropa Parlamentinin irlandiyalı təmsilçisi Mik Uolles İranın Avropa İttifaqındakı nümayəndəliyinin SEPAH-ın Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin şəhadətinin ikinci ildönümü ərəfəsində Twitter-dəki mesajına münasibət bildirərək, İraqda İŞİD-i məğlub etmək üçün heç kimin sərdar Süleymani qədər xidmət göstərmədiyini vurğulayıb.

Mik Uolles yazıb: “ABŞ və müttəfiqləri İŞİD-in yaranmasına və döyüşçü qrupların silahlanmasına görə məsuliyyət daşıdığı halda, İraqda İŞİD-i məğlub etmək üçün heç kim general Süleymani qədər səy göstərməyib. O, ABŞ tərəfindən qətlə yetiriləndə beynəlxalq ictimaiyyətin qınağı harada idi?”
Ötən gün İranın Avropa Parlamentində nümayəndəliyi Twitter səhifəsində video paylaşaraq yazmışdı: “Sərdar Süleymaninin şəhadətinin ikinci ildönümü ilə əlaqədar səfirlikdə topladığımız bu qısa video-çarxı izləmək üçün sizi dəvət edirik. Bu qəhrəman, regionda sülhün bərqərar olması üçün təlaş edib, ekstremizm və terrorizmin yayılmasına qarşı möhkəm səngər olub.”
1962 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP