Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2022

Zeynəb Süleymani: Çox keçməyəcək ki, şəhid komandirlərimizin qisasını alacağıq

Şəhid Qasim Süleymaninin qızı Zeynəb Süleymani dünən axşam Bağdad Hava Limanı yaxınlığında baş tutan milyonlarla insanın iştirak etdiyi yürüşdə atasının qanının qisasının alınmasının gecikməyəcəyini vurğulayıb.
Zeynəb Süleymani deyib: “Çox keçməyəcək ki, şəhid komandirlərimizin qanının qisasını alacağıq və şəhid komandirlərlə bağladığımız əhdə sadiq qalacağıq.”

O daha sonra deyib: “Allaha and olsun, Allaha and olsun, Allaha and olsun, biz bu qanı unutmayacağıq. Biz Bağdad hava limanını unutmayacağıq.”
O, Amerika ilə yanaşı Səudiyyə Ərəbistanını da təhdid edərək deyib: “Allaha and olsun ki, biz bundan sonra sakit qalmayacağıq.”

Zeynəb çıxışının davamında deyib: “İraqın Amerikanın caynağından azad edilməsi ilə kədər göz yaşlarımız sevincə çevirəcək.”

Zeynəb Süleymani bu gün (3 yanvar) də Tehranda şəhid Qasim Süleymaninin şəhadətinin ikinci ildönümü münasibətilə keçirilən toplantıdakı çıxışında deyib: “Hacı Qasimi şəhid edərsə, Hacı Qasimin yolu və sözünün susacağını düşünən düşmən bu gün sizin hər birinizi, İran xalqını görməklə nə qədər böyük səhv etdiyini anlayır.”

Zeynəb atasının dünyadan yalnız xalqa bağlı olduğunu bildirərək deyib ki, Hacı Qasim özünü, ailəsini və hər bir varlığını xalqa fəda etdi. Heç kim yalan və məkirlə Hacı Qasimə olan sevgini xalqın qəlbində soyuda bilməz. Xalq öz əsgərini tanıyır, çünki Hacı Qasim söz demirdi, əməl edirdi.
1078 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.22, 23:58
Hərbçimiz intihar etdi
25.12.21, 13:19
Vatsapda yeni funksiya
Go to TOP