Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2022

Çin hipersəs raketlərlə ABŞ-ı heyrətləndi

Ötən il həm Rusiya, həm də Çin hipersəs raketlərin aqressiv sınaqlarını keçirdi. Rusiya lideri Vladimir Putin ordusunun ötən ilin son həftələrində uğurlu hipersəs raket atışlarını həyata keçirdiyini bildirdi. Çinin oktyabr ayında qlobal əhatə dairəsinə malik hipersəs raket sistemi sınağı Bayden administrasiyası kəşfiyyatının uğursuzluğu idi.

Bu sözləri amerikalı ekspert Con Heyvard deyib.

“ABŞ kəşfiyyat rəsmiləri Çinin uğurlarını heyrətləndirici adlandırdılar və belə bir təkmil sistemin tam məxfi şəraitdə necə yaradıla biləcəyini təsəvvür etmədiklərini etiraf etdilər. Hipersəs raketlər oyunu dəyişdirir, çünki nəzəri olaraq onlar mövcud raketdən müdafiə sistemlərindən yayına və minimal fasilələrlə zərbələr endirə bilərlər. Xüsusilə Putin hipersəs silahları ilə öyünür, çünki bu, Amerika və Avropa müdafiə texnologiyaları üzərində həlledici və misilsiz üstünlük yaradır", - deyə ekspert bildirib.
1127 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.22, 23:58
Hərbçimiz intihar etdi
25.12.21, 13:19
Vatsapda yeni funksiya
Go to TOP