Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2022

Damarda tromb əmələ gətirən qidalar hansılardır?

50 yaşdan sonra ürək-damar və qan dövranı problemləri, eləcə də varikozu olan şəxslər tromb əmələ gəlməyə meyilli olur. Həkimlər tromba qarşı müalicə, qan durulducu, damar təmizləyici yaza bilər. Amma siz trombun sevdiyi qidaları, yeməkləri yeyib, diyeta saxlamırsınızsa, bu müalicə boşunadır .

Tromb yaradan qidalar:

Tromba meyilli şəxslər bunlardan uzaq dursa yaxşıdır.

- Çox miqdarda ət, heyvani yağlar, quyruq, qızardılmış toyuq, kabab, hisə verilmiş ət, qurumuş ət, kolbasa və s. Xüsusən hər gün və çox miqdarda, bir oturuma yemək elə həmin vaxt trombu tərpədə bilər. Bu qidalar qaraciyər üçün ağırdır. Məhz qaraciyər tromb əmələ gətirən və eləcə onları əridən xüsusi zülalı sintez edir.

- Qəhvə, kofein tərkibli içkilər, energetik içkilər, şokolad – bunlar da tromb əmələ gətirir.

- Bədəndə, qarında qaz, köp yaradan qidalar aşağı ətraflarda qan dövranını yavaşıdır. Ona görə köp yaradan qidalar: alma, qara çörək, pivə, kələm, paxlalılar az yeyin.

- Vitamin K tromb yaratmaq qabiliyyətinə malikdir. Bu vitamin qaraciyərdə, ispanaqda, kahıda olur. Ona görə bunlardan da uzaq durun.

- Ən birinci düşmən isə alkoqol, spirtli içkilər. Bir çox kişi məhz məclisdə, toyda içki içib, kabab yedikdən sonra tromb tıxanması və ürək tutmasından xəstəxanaya çatdırılıblar. Eyni vaxtda çox miqdarda alkoqol qəbulu tromb əmələ gətirir.
1417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP