Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2022

Kadırov inquş xalqını təhqir etdi: Sizi kişi saymıram!

Çeçenistan rəhbəri Ramzan Kadırov qonşu inquş xalqını açıq təhdid edib.

O, müraciətini birbaşa özünün İnstaqram hesabında səsləndirib. Kadırovun sözlərinə görə, inquş xalqının ona qarşı ittiham irəli sürmək üçün üç gün vaxtı var.

“İnquş xalqından böyük xahiş! Əgər mən sizin düşməninizəmsə, o zaman günah və cəzanın dərəcəsini müəyyən edin. Nə etmək istədiyinizi deyin: döyməkmi, qovmaqmı, öldürməkmi”, - deyə çeçen lideri söyləyib.

Ramzan Kadırov inquş xalqının ona hər hansı ittiham irəli sürmədiyi təqdirdə, şərəfini ləkələyən hər kəsdən hesab soracağını bildirib.

Çeçenistan rəhbəri inquşları üstəlik doğma torpaqlarının qalanını da əllərindən alacağı ilə hədələyib.

“Buradan təxribatçılara səslənirəm. Mən sizdən torpaq qopardım, çünki sizi adam və kişi saymıram. Əgər sakitləşməsəniz, sizin qalan kəndlərinizi də əlinizdən alacağam” , - deyə o bəyan edib.
1460 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP