Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2022

İdlibdə terrorçu qruplar arasında atışma

Suriyanın İdlib əyalətində terrorçu qruplar arasında atışma olub. Bu barədə “Əl-Aləm” telekanalı xəbər verib. Telekanalın Suriyadakı müxbirinin bildirdiyinə görə, Əhraruş-Şam terror qrupu ilə digər bir terrorçu qrup arasında insident yaşanıb. Həmin qrupun İŞİD-ə aid olması ehtimal edilir.
İdlibin Atimə bölgəsində baş verən atışmada hər iki terror qrupunun üzvlərindən ölən və yaralananlar olub.
Bəzi yerli mənbələr atışmada Əhraruş-Şam komandirlərindən olan Əbu Zubeyrin yaralandığını vurğulayıblar.
Qeyd edək ki, atışma baş verən bölgə Türkiyənin təcavüzkar qüvvələri və onların yaratdıqları terrorçu qrupların işğalı altındadır. Həmin bölgələrdə demək olar ki, hər gün terrorçu qruplar arasında insidentlər yaşanır, yerli əhali qətlə yetirilir, əhalinin əmlakı qarət edilir.
1211 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP