Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2022

ABŞ Hizbullahla müzakirə masasına oturmaq istəyir

Vaşinqton Hizbullah Hərəkatının rəsmiləri ilə müzakirə masasına oturmaq istəyir.
Bu barədə Livanın “Əl-Əxbar” qəzeti xəbər verib. Qəzetin yazdığına görə, son vaxtlarda bəzi vasitəçilər ABŞ hökuməti tərəfindən Hizbullah rəhbərliyinə mesaj çatdırıblar və bu mesajda Vaşinqton Livan məsələləri ilə əlaqədar Hizbullah Hərəkatı ilə məsləhətləşmələr aparmaq istədiyini bildirib.
Təfərrüatları açıqlamayan qəzet vurğulayıb: “Hizbullah vasitəçilərə amerikalılarla heç bir əlaqəsinin olmayacağını bildirib.”
Livanlı jurnalist Hüseyn Mürtəza da Tvitter səhifəsində bu mövzuya ilə bağlı yazıb: “Livan Hizbullahının icra şurasının rəhbəri Seyid Haşim Səfiyəddin proqramların birində dedi: Amerikalılar Hizbullah rəhbərliyi ilə əlaqə yaratmağa çalışırdılar və buna ümid edirdilər. Bu mesajı vasitəçilərdən biri çatdırmışdı. Onlar hər bir şey barədə danışıqlara hazır olduqlarını və razılaşdıqlarını bildirdilər. Hizbullah qətiyyətlə bu istəyi rədd etdi.”
ABŞ bundan əvvəl də dəfələrlə Hizbullah Hərəkatı ilə müzakirələr aparmaq istədiyini bildirib, lakin Hərəkat heç bir tərəddüd etmədən Vaşinqtonun istəyini rədd edib.
Bu mövzuda “Əl-Məyadin” telekanalı ötən il bildirmişdi ki, Təl-Əviv BMT vasitəsilə Hizbullaha mesaj göndərərək ondan öz şəhidinin qisasını almamasını istəmişdi. Lakin Hizbullah qətiyyətlə sionist rejiminin istəyini rədd etmiş və öz mövqeinə təkid etmişdi.
1229 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP