Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2022

Sileyi-rəhim (Qohumlarla əlaqə saxlamaq) nəziri

Dostlardan biri danışırdı:

1964-cü ildə (İslam İnqilabından 15 il əvvəl) dostumla birlikdə avtobusa minib Tehrandan Xoy şəhərinə yola düşdük.
Avtobusun sürücüsü məst idi və onun məst olması bizi bərk qorxudurdu. O vaxt magistral yollar hələ şəhərlərin daxilindən keçirdi. Avtobus şam yeməyinə görə Qəzvində dayandı. Dostum məni şirniyyat mağazasına apardı. Özünə bir qutu şirniyyat aldı və mənim də şirniyyat almağımı istədi. Hər ikimiz şirniyyat alıb mağazadan çıxdıqdan sonra dostum mənə dedi: - Niyyət et ki, inşallah sabah şəhərə çatan kimi ilk işimiz sileyi-rəhim olaraq bu şirniyyatları bacılarımızın evinə aparmaq olsun.

Mən onun dediyi kimi niyyət etdim və avtobusa minib yola düşdük. Gecə yarısı birdən yuxudan oyandıq. Avtobus aşmışdı və onun 36 nəfər sərnişinindən 5 nəfər sağ qalmışdı və onların da ikisi biz idik. Bizə heç nə olmamışdı. Daha maraqlısı odur ki, şirniyyat qutumuza da heç nə olmamışdı. Sevincimizdən nə edəcəyimizi bilmirdik.

Yol qırağında bir az gözlədikdən sonra ayrı avtomobillə şəhərimizə çatdıq. Dostumdan şirniyyat almaq, sileyi-rəhim və sağ qalmağımız arasında hansı əlaqənin olduğunu soruşdum.
Dedi: - Dünən axşam sürücünün vəziyyətindən başa düşdüm ki, bəla bizim başımız üzərində fırlanır. Dərhal bacılarımızın ziyarətinə gedəcəyimizi niyyət etdim ki, Allah bu sileyi-rəhimə görə bacılarımıza rəhm etsin və ömrümüzü onlara xatir bizə bağışlasın. Necə ki, İslam Peyğəmbəri (s) buyurub: “Bütün yaxşı əməllər arasında sileyi-rəhim yeganə əməldir ki, Allah o işi edənənin mükafatını dərhal verir.”
1228 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP