Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2022

Rusiya ABŞ-a xəbərdarlıq edib

“Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar paketi tətbiq etməsi ABŞ və Rusiya arasında münasibətləri kəsməyə bərabər olacaq”.  Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

“Bu barədə bir neçə dəfə deyilib”, - o bildirib.

S.Lavrova Rusiyanın ABŞ və NATO ilə apardığı müzakirələrə də toxunub.

“ABŞ və NATO ilə danışıqların başa çatdığını deyə bilmərəm. Hazırda Şimali Atlantika Alyansı ilə razılaşmada əldə olunmuş sadə təkliflər öyrənilir”, - nazir söyləyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, ABŞ Rusiya ilə ikitərəfli formatda, həmçinin NATO və ATƏT platformalarında danışıqları davam etdirməyə hazırdır.
1171 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP