Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2022

Zaxarova: ABŞ-a müharibə lazımdır!

ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Cek Sallivan və digər rəsmilərin Rusiyanın Ukrayna ilə bağlı hərbi planları barədə açıqlamaları onu göstərir ki, Vaşinqton özü konfliktdə maraqlıdır.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Ağ Ev həmişəkindən daha çox isterika göstərir. Anqlosakslara müharibə lazımdır. İstənilən qiymətə... Təxribatlar, dezinformasiya və təhdidlər öz problemlərini həll etmək üçün sevimli üsuldur. Amerikanın hərbi-siyasi maşınının çarxı insanların həyatı üzərindən yenidən keçməyə hazırdır. Bütün dünya militarizm və imperiya ambisiyalarının özünü necə ifşa etdiyini izləyir”, - deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, ABŞ rəsmiləri Rusiyanın yaxın bir neçə gündə Ukraynaya hücum edə biləcəyini bildirirlər.
1447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP