Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2022

Beyrut sionist rejiminə xəbərdarlıq etdi

Livan ordusu Suriya ərazilərinə təcavüz etmək və bu ölkəyə qarşı hava hücumu keçirmək üçün dəfələrlə Livan hava məkanı pozduğuna görə sionist rejimini ittiham edib və onun təkrar təcavüzlərlə görə cavabdeh olduğunu bildirib.

“Əl-Nəşrə”-nin verdiyi xəbərə əsasən, Livan və sionist rejimi ordularının nümayəndə heyətləri ilə BMT-nin Cənubi Livandakı Müvəqqəti Qüvvələrinin komandanı (UNIFEL) general Stefano Del Koul arasında Rəs-Naqure sərhəd-keçid məntəqəsində keçirilən üçtərəfli görüşdən sonra bu bəyanat verilib.

Bəyanatda Livan tərəfi sionist rejiminin hər gün baş verən təcavüzkarlığını pisləyib və düşmən rejimin bu hərəkətlərə görə cavab verməli olacağını vurğulayıb.

Livan ordusu BMT-nı sionist rejiminin düşmənçilik hərəkətlərini, xüsusən də Livanın hava məkanından Suriya ərazisini bombalamaq üçün istifadəsini, Livanın suverenliyinin quru, dəniz və hava yolu ilə pozulmasının davam etdirilməsinin qarşısını almaq üçün ona təzyiq göstərməyə çağırıb.
1500 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP