Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2022

ABŞ mətbuatı: İran ordusu yeni "intihar" dronlarını nümayiş etdirib

Amerika qəzeti İran İslam Respublikası Silahlı Qüvvələrinin Ordu Günü münasibətilə keçirilən paradı və müxtəlif PUA-lar da daxil olmaqla silah və döyüş texnikasının nümayişindən yazıb.

"Washington Times" çərşənbə axşamı nəşr etdiyi sayında yazıb: "İran Silahlı Qüvvələri bazar ertəsi Tehranda keçirilən böyük parad zamanı bir sıra yeni silahlar, o cümlədən yeni nəsil "intiharçı dronlar" nümayiş etdirib."

Qəzet Vyanada İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqların getdiyi bir vaxta parad keçirilməsinə, İran prezidenti Ayətullah Seyid İbrahim Rəisinin bu mərasimdəki çıxışına və sionist rejimi başçılarının hər cür axmaqlığına dair xəbərdarlıqlara toxunaraq yazıb: "Paradda diqqət çəkən məqam üç yeni "Əbabil-5" intiharçı pilotsuz təyyarəsinin nümayişi idi. Bu dronlar təkmilləşdirilmiş aerodinamik effektivliyə və azaldılmış radar kəsişməsinə malik raketləri daşıya bilər."

Qəzetin yazdığına görə, ABŞ və Təl-Əviv rəsmiləri iddia edirlər ki, İranın pilotsuz təyyarələrinin yaradılması ilə bağlı daha təkmil və mürəkkəb planları və Tehranın öz texnologiyasını bütün regionda ABŞ düşmənləri ilə bölüşməyə hazır olması Yaxın Şərqdə əsas gərginlik mənbəyidir.
Bazar ertəsi Ordu Günü münasibətilə keçirilən paradda İran həmçinin Rusiyanın "Tor M-1" hava sisteminin nümunəsi, İran istehsalı olan "Dezful Hava Hücumundan Müdafiə Sistemi"nin yeni versiyasını təqdim edib.



Paradda zirehli transportyorlar, kəşfiyyat PUA-ları və kiçik sualtı qayıqlar da nümayiş etdirilib.
Qeyd edək ki, Hərbi Hava Qüvvələrinə məxsus uzaqmənzilli və strateji çoxməqsədli "Kaman 22" pilotsuz uçuş aparatı ilk dəfə Ordu Günü paradında ictimaiyyətə nümayiş etdirilib. "Kaman 22" uçuş müddəti 24 saatdan çox olan müxtəlif yükləri daşımaq qabiliyyətinə malik ilk hərbi döyüş pilotsuz təyyarəsidir. Bu geniş gövdəli PUA əməliyyat xarakterli və çoxməqsədli "Şahid 129" və "Mühacir 6"-dan uçuş məsafəsi və hündürlük baxımından daha yüksək səviyyədədir. Lakin silah daşıma sahəsində "Şahid 129"-dan daha yüngül silah daşıma qabiliyyətinə malikdir. "Kaman 22" Amerikanın "MQ-9" dronuna çox bənzəyir.
Bu yaxınlarda sionist analitik internet saytı yazıb ki, nəhəng döyüş pilotsuz təyyarələri arsenalının inkişafı ilə İran Yaxın Şərqdə oyunu dəyişdirmək potensialına malikdir.

واشنگتن تایمز: ارتش ایران پهپادهای جدید «انتحاری» به نمایش گذاشت

Sionist GNS saytı yazıb ki, İranın yeni öldürücü silahları təkcə Vaşinqtonun regionda strateji müttəfiqi olan İsrail üçün təhlükə deyil, həm də ABŞ-ın regional maraqları üçün ciddi təhlükədir.
1694 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP