Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2022

On minlərlə fələstinli Məscidül-Əqsada: "Xeybər Xeybər ey Yəhud"

Məscidül-Əqsa bu gün cümə namazından sonra on minlərlə fələstinlinin toplaşdığı və sionist rejimi əleyhinə şüarlar səsləndirməsinin şahidi olub.

"Fələstin Əl-Yovm" saytı yazıb ki, Fələstin İslam Vəqfinin verdiyi məlumata görə, bu gün İordan çayının qərb sahili və 1948-ci ildə işğal olunmuş ərazilər də daxil olmaqla ölkənin müxtəlif bölgələrindən 150 minə yaxın fələstinli Məscidül-Əqsaya gəlib.

Son günlər Məscidül-Əqsada dəfələrlə sionistlərin hədəfinə çevrilən fələstinlilər namazdan sonra müsəlmanların müqəddəs məkanlarına dəstək və sionistlərə qarşı şüarlar səsləndiriblər.

Onlar "Xeybər, Xeybər ey yəhudilər, Məhəmmədin ordusu qayıdıb" və "Ey Əqsa, canım və qanımla sənə fəda olum" şüarları səsləndiriblər.

Bu arada sionistlər fələstinlilərin toplantısını dağıtmaq üçün PUA-lardan istifadə edərək gözyaşardıcı qaz atıblar.

Sionist hərbçilərin və mühacir qəsəbə yəhudilərinin müqəddəs Ramazan ayında Məscidül-Əqsa və fələstinlilərə qarşı təcavüzü daha da güclənib və son günlər Məscidül-Əqsa sionist hərbçilərin hücumlarının şahidi olub.
1573 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP