Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2022

HƏMAS: Müqavimət rəhbərlərinə qarşı terror olarsa, Təl-Əviv raket yağışına tutulacaq

"Əl-Məyadin" telekanalının məlumatlı mənbələrə istinadən bildirdiyinə görə, HƏMAS rəhbərləri sionistlərin Məscidül-Əqsaya təcavüzü və fələstinlilərin şəhadəttələb əməliyyatları ilə bağlı Misir rəsmiləri (vasitəçi qismində) ilə danışıqlar aparıblar.

HƏMAS misirli vasitəçilərdən sionist rejiminə mesaj göndərib ki, Məscidül-Əqsaya hücumlarını dayandırsın və vəziyyəti 2000-ci ildən əvvəlki illərə qaytarsın.

HƏMAS Misir rəsmilərinə bildirib ki, hərəkat sionistlərin onların liderlərinə qarşı terror təhdidlərindən qorxmur və Təl-Əviv "belə axmaqlığının" nəticələrini yaxşı bilir. Müqavimət liderlərinə qarşı terror əməliyyatları başlasa, sionistlər yaşayan bölgələrdə partlayışlar yenidən başlayacaq.

HƏMAS hərəkatı həmçinin misirliləri məlumatlandırıb ki, sionist rejimi öz hədələrini həyata keçirərsə, müqavimətin raketləri Təl-Əvivi və onun ətraf bölgələrini hədəfə alacaq.

Dünən (cümə) sionist rejiminin bəzi nümayəndələri və keçmiş rəsmiləri, habelə sionist jurnalistlər açıq şəkildə HƏMAS hərəkatının liderlərindən olan Sinvarın terror edilməsini istəyiblər.
1725 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP