Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2022

Ukrayna xaraba qalan vaxtlar Əsədin İran səfəri

Bütün dünyada Suriya prezidenti Bəşər Əsəd cinayətkar kimi tanınır. Bütün dünya dedikdə təbii ki, ABŞ və onun havadarlarının dünyası nəzərdə tutulur. Avropa, ABŞ kimi şeytanlar Əsədi özündən təcrid ediblər. Onlar belə etiqad edirlər ki, Əsəd cinayətkardır, getməlidir, xalqını illərdir terror edir, hakimiyyəti qəsb etməkdədir. Əlbəttə bu ABŞ, Avropa və onların nökərçiliyini yerinə yetirən Türkiyənin Bəşər Əsədə qoyduğu addır. Onların aləmində Əsəd belə bir adamdır. Çünki o Ərdoğan kimi ABŞ nökəri deyil. Buna görə də onu düşmən elan ediblər.

Bunu anlamaq elə də çətin deyil. Əsədə qarşı danışanların fəaliyyətlərinə baxsaq kifayət edər. Biz Əsədi heç də məsum hesab etmirik. Nə vaxtsa xalq arasında sevilməyə də bilər. Amma bütün dünyada birmənalı olaraq qəbul edilən qanun budur ki, xalqlar bu kimi hallarda öz müqəddəratını həll etməlidir. ABŞ, Nato burnunu xarici ölkələrin siyasətinə, xalqın işinə dürtməli deyil. Suriyada isə görünən odur ki, Əsəd sevilən şəxsdir. Çünki prezident seçkiləri keçirilir, seçkilərdə qalib olur, insanların arasında rahat, cangüdənsiz gəzir, insanlarla görüşür, səmini söhbətləşir.

Bu günlərdə Əsəd İrana səfərə gedib. Bütün dünyada cinayətkar kimi tanınsa da İran Əsədi qəbul etməkdən çəkinmir. Düzdür ki, ABŞ-ın qara siyahisinə düşəndə digər qorxaq siyasət adamları da Əsədi özündən təcrid edirlər. Amma, Rusiya, İran kimi ABŞ-ı vecə almayan dövlətlər çəkinmədən Əsədi qəbul edir, Suriyanın qanuni prezidenti və Suriya xalqını imperializmə qalib gələn xalq kimi tanıyır.

Amma bir də Əsədi qatil elan edən Ərdoğan kimi münafiqlərə baxın. Adam sionist rejimin təmsilçiləri və Ali Səud rəsmləri ilə görüşür, qucaqlaşır, onlarla görüşmək üçün yalvarıb yaxarır. Halbuki onlar əsil və həqiqi qatillərdir. Biri fələstinli körpələri qətliam edir, digəri isə yəmənli körpələrin qanına susayıb. Görəsən Ərdoğana görə Əsəd qatil hesab edilir, Ali Səud, sionist rejim yaxşıdır? Bəs onların öldürdükləri körpələr insan deyilmi?

Əsədi qatil hesab edən cəbhəbin bir rüsvayçılığı da bundan ibarətdir ki, Ukraynanın təlxək, matışka prezidenti Rusiya ilə ABŞ, avropaya güvənərək sona qədər dirənməsi öz dövlətini, vətənini qorumaq kimi qiymətləndirilir, amma eyni işi Əsəd görəndə o xayin, cinayətkar hesab edilir.

İndi Əsədi demək olar ki, ABŞ da boşlayıb. Çünki ona uduzduqlarını çoxdan etiraf ediblər. Co Baydenin olmayan başı da Ukrayna məsələsinə qarışıb. Ukraynada da uduzub gedirlər. Üstəlik ABŞ-a artıq inanmayan Ərdoğan Ukraynaya kömək etməkdən imtina etdiyi halda ABŞ Yunanıstana təzyiqlər göstərir. Təzyiqlər göstərir ki, Ukraynaya hərbi sahədə köməklik göstərsin. Bəli bütün bunlar İran və dostlarının düşmənlər üzərində parlaq və uğurlu qələbəsidir.
1034 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP