Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2022

İranda İƏT-ə üzv ölkələri səfirlərinin toplantısı keçirilib

Bu gün (çərşənbə axşamı) mayın 10-da İranın Sari şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Daimi Nümayəndələr Şurasının 264-cü iclası keçirilib.

Özbəkistan səfirinin sədrliyi və Qazaxıstan, Türkmənistan, Qırğızıstan, İran, Əfqanıstan, Türkiyə, Azərbaycan, Pakistan səfirləri və nümayəndələrinin və İƏT baş katibinin iştirakı ilə keçirilən iclasda təşkilata üzv ölkəklər arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb, qərarlar qəbul edilib.

İclasın iştirakçıları, həmçinin mədəni irs, turizm və əl işləri nazirinin, Mazandaran əyalətinin valisi və digər yüksək vəzifəli şəxslərinin iştirak etdiyi "Sari 2022-ci ildə İƏT-in Turizm Paytaxtı Beynəlxalq Tədbiri"ndə də iştirak ediblər.

Bu səfərdən sonra İƏT katibliyinin səfirləri və rəsmilərinin Mazandaran əyalətinin bəzi turistik, iqtisadi və mədəni məkanları ilə tanış olmaları və bəzi əlavə proqramlarda iştirak etmələri planlaşdırılır.
936 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP