Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2022

Türkiyəlilər İncirlik bazası yaxınlığında ABŞ əleyhinə aksiya keçirdilər

Türkiyə əhalisi İncirlik Hərbi Hava Bazası yaxınlığında toplaşaraq ABŞ və NATO-nun bu ölkədə hərbi mövcudluğuna etiraz edib.

"CGTN"-in verdiyi xəbərə görə bazar günü yüzlərlə insan Türkiyədəki İncirlik Hərbi Hava Bazasının yaxınlığında toplaşaraq, ABŞ və NATO-nun ölkədəki hərbi mövcudluğuna etiraz edib. Baş tutan aksiyaya görə aviabazanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Türkiyə xalqı da dəfələrlə müxtəlif münasibətlərlə nümayişlər keçirərək ABŞ qoşunlarının İncirlikdən çıxarılmasını tələb edib. Bir neçə gün əvvəl də etirazçılar Adana əyalətində İncirlik Hava Bazasının qarşısına toplaşaraq ABŞ hökumətinə öz etirazlarını bildirmişdilər və Türkiyə hökumətindən bazanın bağlanmasını, ABŞ hərbçilərinin çıxarılmasını tələb etmişdilər.

Bu etiraz aksiyası ABŞ prezidenti Baydenin qondarama erməni soyqırımını tanımasının ardınca "Türkiyə Gənclər Birliyi" tərəfindən planlaşdırılıb və təşkil olunub.

Etirazçılar Türkiyə bayraqlarını dalğalandırıb və əllərində: "NATO çıx, NATO-ya yox deyin, bura bizim torpağımızdır" sözlər yazılmış plakatlar tutublar.
1157 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
30.05.22, 11:17
Daha bir qazi intihat etdi
28.05.22, 09:00
Hərbçimiz vəfat etdi
27.05.22, 12:47
Hərbçimiz intihar etdi
Go to TOP