Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2022

Misir prezidenti Yusif peyğəmbərin üslubu ilə buğda anbarlaşdırılmasını istəyib

Misir prezidenti Əbdülfəttah əs-Sisi çıxışında buğdanın həzrət Yusif (ə) dövründə olduğu kimi sünbüllə birlikdə anbarda saxlanmasını təklif edib.
Əs-Sisi bu təklifi Qahirədə kənd təsərrüfatı layihəsinin açılışı zamanı və bu ölkənin Ukrayna və Rusiya müharibəsi səbəbindən taxıl və buğda qiymətlərinin artırılması problemi ilə üzləşdiyi bir vaxtda irəli sürüb.
O, bu barədə deyib: "Peyğəmbərimiz Yusifin (ə) dövrünə qayıdırıq. Həzrət niyə buğdanı sünbüldə saxlayırdı? Çünki buğda biçilib sünbüldən ayrılsa, üç-dörd ildən sonra çürüyəcək."
Əl-Sisinin açıqlamaları Misir hökumətinin buğda ehtiyatlarını uzun müddət keyfiyyətinə mənfi təsir etmədən artırmaq və Misirdə ərzaq təhlükəsizliyini möhkəmləndirmək istiqamətində həll yolları tapmaq səylərinin bir hissəsidir.
Misir dünyada buğdanın ən böyük istehlakçılarından biridir və hər il orta hesabla 23 milyon ton istehlak edir ki, bunun da altı milyon tonu yerli istehsal, qalanı isə xaricdən gətirilir.
Qeyd etmək lazımdır ki, həzrət Yusif (ə) qıtlıqdan təhlükəsiz xilas olmaq üçün hər kəsə taxılları istehlakından artıq miqdarı sünbüldə saxlamağı tövsiyə etmişdir.
1132 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
30.05.22, 11:17
Daha bir qazi intihat etdi
28.05.22, 09:00
Hərbçimiz vəfat etdi
27.05.22, 12:47
Hərbçimiz intihar etdi
Go to TOP