Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2022

İraq ümmətin sionist rejimə müqavimət göstərmək gücünü artırır

İraq Fəth koalisiyasının sədri və Həşd-Şəbi komandirlərindən olan Hadi Amiri İraq parlamentində sionist rejimlə münasibətlərin normallaşdırılmasını qadağan edən qanunun qəbulu ilə bağlı bəyanat yayıb.

"Mawazin" xəbər agentliyinin bildirdiyinə görə, Amiri deyib: "Sionist rejimlə münasibətlərin normallaşmasını cinayət hesab edən qanunu qəbul etdikləri üçün əziz və başıuca İraq xalqını təbrik edirəm. Bu qərar Qüds idealını İslam ümmətinin ilk məsələsi hesab edən İraq xalqının Fələstinlə bağlı agahlıq və sevgisinin yüksək səviyyədə olduğunu göstərir."

Fəth koalisiyasının rəhbəri əlavə edib: "Biz həm də bu tarixi qanunun yaradılması və qəbulu üçün davamlı səylər göstərən vədlərinə sadiq olan millət vəkillərinə təşəkkür edirik, habelə, bu qanunun qəbuluna çağıran, dəstək verən hər kəsə minnətdarlığımızı bildiririk."

Amiri vurğulayıb ki, bu qanunun qəbul edilməsinin ardınca sionist rejimlə əlaqələri normallaşdırmaq, onu təbliğ etmək qanuni cəzası olan bir cinayət sayılır. Beləliklə, İraq Fələstinin haqqının möhkəmlənməsi və sionist rejim, onun mövcudluğu və düşmənçilik planlarına qarşı müqavimət ruhunun yüksəldilməsi üçün ümmətin gücünün artırılmasında liderlik etdi. Bununla da, bəzi rejimlərin və şübhəli dairələrin region xalqlarını (sionist rejimə qarşı) güzəştə sövq etmək cəhdlərinin qarşısını alınmış olacaq.

Amiri sionist rejimlə münasibətlərin normallaşdırılmasını, sionist zillət və hökmranlıq qılıncını region xalqlarının, onların sərvətlərinin və nəsillərinin taleyinin sinəsinə vurmaq üçün bir amil hesab edərək deyib ki, belə bir şey mümkün deyil, Allah, Onun Rəsulu və möminlər bizdən belə bir şeyi qəbul etmirlər.

Dünən İraq parlamenti "sionist rejimlə münasibətlərin normallaşdırılmasının qadağan edilməsi haqqında" qanun layihəsinin lehinə səs verib və yekdilliklə təsdiqləyib.

Bu qanunun ən mühüm bəndləri sionist rejimlə hər hansı başlıq altında siyasi, təhlükəsizlik, iqtisadi, texniki, mədəni, idman və elmi əməkdaşlığın cinayət hesab edilməsidir.
1494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP