Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2022

Suriya ordusu Türkiyə PUA-sını məhv etdi

Suriya mətbuatı Suriya ordusuna istinadən xəbər verir ki, ölkənin şimal-qərbində Türkiyənin dəstəklədiyi terrorçu qruplara aid PUA məhv edilib.

"Əl-Əxbariyyə" telekanalının cümə günü yaydığı məlumata görə, Suriya ordusunun İdlib ətrafında hava hücumundan müdafiə sistemi terrorçu qruplaşmaların Türkiyəyə məxsus PUA-sını Məar Dibsah kəndi üzərində izləyərək vurub.

Suriya ordusu komandirlərinin sözlərinə görə, bu dron üç kameraya və bomba daşımaq qabiliyyətinə malikdir. Terrorçu qruplar onların ixtiyarına verilmiş bu PUA-dan Suriya ordusunun İdlib vilayəti ətrafındakı mövqelərini hədəfə almaq üçün istifadə ediblər.

İdlib əyaləti illərdir terror qruplaşmaları tərəfindən işğal olunub. Türkiyə rejimi qərb ölkələri və sionist rejimi qarşısında İslamı zəiflətmək və öz işğalçılıq siyasətini həyata keçirmək məqsədilə bu terror qruplarına hərtərəfli dəstək verir.
1459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP