Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2022

Rusiya bu ölkəyə də qaz satışını dayandırdı

“Qazprom” Hollandiyadan sonra rublla ödəmə etməkdən imtina edən Danimarkaya təbii qaz axınını bu gündən etibarən kəsəcəyini açıqlayıb.

Qazprom tərəfindən verilən yazılı açıqlamada Danimarkanın yarı özəl enerji şirkəti “Ostred”in Rusiyaya təbii qaz ödənişini etmədiyi bildirilib:

“Mayın 31-in sonuna olan məlumata görə, “Qazprom Export” aprel ayı üçün Ostreddən qaz təchizatı üçün ödəniş almayıb. Bu çərçivədə 1 iyun 2022-ci il tarixindən etibarən Qazprom tərəfindən Ostredə qaz tədarükləri Prezidentin fərmanına uyğun olaraq ödəniş edilənə qədər dayandırılıb.

Qeyd edək ki, “Qazprom” bu günə qədər Polşa, Bolqarıstan, Finlandiya və Hollandiyaya təbii qaz axınını rublla ödəmədiklərini əsas gətirərək dayandırıb.
1505 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP