Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2022

Son 24 saat ərzində 5 fələstinli şəhid olub

Ramallahın qərbində 17 yaşlı fələstinli yeniyetmə Odeh Muhammad Odehin şəhid olması ilə son 24 saatda fələstinli şəhidlərin sayı 5-ə yüksəlib.

"Shahab News" saytının məlumatına görə, sionist hərbçilər cümə axşamı axşam saatlarında Ramallahın qərbində Əl-Mədiyə kəndinə hücum zamanı bir fələstinli yeniyetməni qətlə yetiriblər.

Fələstin Səhiyyə Nazirliyi yeniyetmənin sinəsindən güllə yarası aldığını və nəticədə şəhid olduğunu açıqlayıb.

Bununla bağlı Əl-Madiyə kənd şurasının sədri Rağib Sədəqə deyib: "Sionist hərbçilər soyuqqanlılıqla yeniyetmənin ürəyinə atəş açaraq onu şəhid ediblər."

Bu fələstinli yeniyetmənin şəhid olması ilə son 24 saatda fələstinli şəhidlərin sayı 5-ə çatıb. Ondan əvvəlki saatlarda Mahmud Möhsin Beytləhmdə, Bilal Əvəz Kabha Cenində, Ğufran Vərasneh isə Əl-Xəlildə şəhid olublar. Habelə Qəzzada keçirilən Seyf əl-Qüds əməliyyatında yaralanmış "Qüds" qüvvələrinin üzvü Yasir əl-Misri də şəhid olub.
1378 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP