Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2022

Qüds müftisi: Dünya sionistlərin cinayətləri qarşısında susmasın

"Fələstin" İnformasiya Mərkəzinin verdiyi xəbərə görə, Qüds müftisi Şeyx İkrimə Səbri sionistlərin Məscidül-Əqsaya dəfələrlə hücumları qarşısında ərəb və İslam ölkələrinin susması ilə bağlı xəbərdarlıq edərək, onların susqunluğunun bu müqəddəs İslam məkanını yəhudiləşdirmək istiqamətində atıldığını vurğulayıb.

O, sionistlərin məscidə təkrar hücumlarına qarşı çıxmaq üçün fələstinliləri Məscidül-Əqsada geniş iştiraka çağırıb.

Şeyx İkrimə Səbri Məscidül-Əqsanın monopoliyasına və onu yəhudiləşdirmək üçün davam edən səylərə dair xəbərdarlıq edib.

Qeyd edək ki, dünən BMT-nin faktaraşdırıcı komitəsi işğal olunmuş ərazilərdə davam edən gərginliyin səbəbi kimi sionist rejimin işğalını və fələstinlilərə qarşı ayrı-seçkiliyi elan edib.

Adı keçən komitənin məlumatına görə, Fələstin vətəndaşlarının məcburi köçürülmələri, evlərinin dağıdılması, qəsəbə salınmaları və qəsəbə sionistlərinin zorakılığı gərginliyin davam etməsinə səbəb olan amillərdəndir.
1382 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP