Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2022

ABŞ mediası: İran raketləri təcavüzkarlara ən sərt şəkildə cavab verir

Amerikanın hərbi-analitik saytlarından biri İranın raket gücünü araşdıraraq yazıb: "İran Yaxın Şərqdə ən böyük və ən çeşidli ballistik raket arsenalına malikdir."

"19 fortyfive" hərbi-analitik saytı bu yaxınlarda Yaxın Şərq müdafiə analitiki Maya Carlinin qələmi ilə yazılmış təhlili dərc edib. Təhlildə yazılıb: "İran hərbi gücünə görə ABŞ, Çin və bir sıra başqa ölkələrlə müqayisə oluna bilməsə də, bu ölkəyə hücum etmək istəyən hər kəsin ən pis asimmetrik üsullarla cəzalandırılmasını təmin etmək üçün çoxlu sayda raketlər hazırlayıb.

Bununla bağlı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) illik paradında hava qanadlı raketi nümayiş etdirib. Mütəxəssislərin fikrincə, bu silahın trapesiya şəbəkə üzgəcləri onun hansısa yolla idarə oluna biləcəyini göstərir. İnqilab Keşikçiləri Korpusu həmçinin özünün yeni "Şahed-136" kamikadze pilotsuz təyyarəsini nümayiş etdirib. Əslində İran Yaxın Şərqdə ən böyük və ən çeşidli ballistik raket arsenalına malikdir."

Təhlilin davamında qeyd olunur ki, İran son illərdə ballistik raket layihəsinə böyük sərmayə qoyub və 2015-ci ilə qədər əvvəllər gizlədilən üç yeraltı raket kompleksini nümayiş etdirib.

CENTCOM sabiq komandiri general Kennet Makkenzinin sözlərinə görə, İranın 3000-dən çox ballistik raketi var. Bu arsenala dəqiq, qısa və orta mənzilli bərk yanacaqla işləyən raketlər daxildir. "Hərbi səviyyədə mənim ilk narahatlığım onlarda nüvə silahının olmamasına rəğmən, İranın ballistik raket proqramının əhəmiyyətli dərəcədə artması və effektivliyidir", - deyə Makkenzi bildirib.

Tehran həmçinin fevral ayında özünün "Xeyber Şekən" raketini nümayiş etdirib. 1450 km (900 mil) mənzilli bu silah tüğyankar düşmənləri dəqiq hədəfə almağa qadirdir. Mart ayında SEPAH İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ-ın inşa etdiyi konsulluq binası yaxınlığında raket hücumları dalğasına görə məsuliyyəti öz üzərinə götürdü.

Yaxın Şərq müdafiə məsələləri üzrə hərbi analtik sonda yazıb: "İranın ballistik raketlərinin istehsalı (qondarma) İsrail rejimi və Yaxın Şərqdəki ABŞ ordusu üçün xüsusi təhlükədir."

Bu günlərdə Britaniya xəbər agentliyi də İranın Qətərdə keçirilən "Doha Müdafiə Sənayesi Sərgisi"ndə iştirakını xatırladıb və İranın Doha sərgisində öz raket gücünü nümayiş etdirdiyini yazıb.

"Reuters" yazıb ki, ABŞ-ın regiondakı ən böyük hərbi bazası olan Qətərdə keçirilən müdafiə sərgisində İranın hərbi nümayəndələri İran raketlərinin nümunələrini nümayiş etdiriblər. İranın bu müdafiə sərgisində iştirakı regionda baş verən bəzi hadisələr, o cümlədən İranla nüvə sazişinin canlandırılması səyləri və bəzi ölkələrin narahatlıqları ilə üst-üstə düşdü.

1526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP