Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2022

Bu iki xislət sahibləri Sirat və cəhənnəmi görməzlər

Allahın Rəsulu (s) buyurdu:

Qiyamət günü Allah-Təala mənim ümmətimdən olan bir qrup adama üstünlük verər. Onlar qəbirdən cənnətə doğru uçaraq daxil olarlar. Cənnətdə gəzərək ürəkləri hansı nemətlərdən istəyirsə ondan faydalanarlar.

Mələklər onlara deyərlər: - Sorğu-sual edəni gördünüz?

Deyərlər: - Biz sorğu-sual edəni görmədik.

Soruşarlar: - Siratdan keçdiniz?

Deyərlər: - Biz Siratı görmədik.

Soruşarlar: - Cəhənnəmi gördünüz?

Deyərlər: - Görmədik.

Onda mələklər soruşarlar: - Siz kimin ümmətindənsiz?

Deyərlər: - Məhəmmədin (s) ümmətindən.

Soruşarlar: - Allaha xatir, deyin siz dünyada necə davranmısınız?

Deyərlər: - Bizim iki xüsusiyyətimizə görə, Allah bizi mükafatlandırdı.

Soruşarlar: - O iki xüsusiyyət hansılardır?

Deyərlər: - Tək qalan vaxt Allaha itaətsizlik etməkdən utanardıq və ruzimiz az olanda da razı qalardıq.

Mələklər deyərlər: - Bu məqam həqiqətən, sizə layiqdir.

Mənbə: Biharul-ənvar, c. 103, səh. 25, hədis 31
1291 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP